reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda yüksək rütbəli məmurdan yenilik – Video

reklam

Azərbaycanda yüksək rütbəli məmurdan yenilik – Video


Sosial şəbəkə üzərindən vətəndaşlarla mütəmadi olaraq ünsiyyət quran, onların suallarını və problemlərini dinləyən və həmçinin cavablayan Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov daha bir yenilik edib.
Bu vaxta qədər Facebook üzərindən bu funksiyanı həyata keçirən V. Hüseynov artıq Yotube-də də fəaliyyətə başlayıb.

Rəhbərlik etdiyi qurumla bağlı o yeniliklər, qanunların izahı və digər problemli mövzularla bağlı videolar paylaşacaq.

O, bildirib ki, ilk video məlumat-izah vətəndaşlıq məsələləri, vətəndaşlığa qəbul, bərpa, xitam, ikili vətəndaşlıq, vətəndaşlıq mənsubiyyəti barədədir. V.Hüseynov vətəndaşlıqla bağlı Azərbaycan qanunvericiliyi, onun tətbiqi ilə bağlı geniş məlumat verib. DMX rəisi bildirib ki, vətəndaşlığa qəbul xüsusi kateqoriyalı şəxslərə şamil olunur: "Bəzi vaxtilə Azərbaycan vətəndaşı olan insanlar müxtəlif ölkələrin vətəndaşlığını qəbul edib, müəyyən dövr keçdikdən sonra Vətəninə qayıdaraq ölkəmizdə yaşamaq, Azərbaycan vətəndaşlığını təkrar əldə etmək istəyirlər. Bu zaman həmin şəxsin sənədləri qəbul edilir".





Paylaş:


Müəllif : Tarix:
23-09-2019, 09:12
Sikayət   


loading...
Загрузка...