YAP təşkilat sədri Masallı Ziyalıları birliyinin sədrini təhqir etdi
Başını hər deşiyə soxmağa adət edən Rauf Cəbiyev bu dəfə Lənkəran Astara Regional Təhsil İdarəsindən, daha doğrusu Masallı rayonu üzrə təhsil sektorunun metodisti, “Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayevdən onun adını çəkməyə cürət etmədən paylaşım edib. Səbəb də o imiş ki, güya Qardaş Fətullayev ahıl yaşında Masallı şəhər 3 nömrəli məktəbə direktor təyin ediblərmiş.
Əvvəlcə Raufun paylaşımı ilə tanış olaq:
“Lənkəran-Astara Regional Təhsil İdarəsi analoqu olmayan yeniliyə imza atıb.
LARTİ 62 yaşlı Masallı şəhər 3 saylı tam orta məktəbin direktorunu vəzifəsindən azad edib əvəzinə 77 yaşlı (bir ayağı burda, bir ayağı isə gorda olan) sözdə əvəzolunmaz bir qocanı həmin məktəbə direktor əvəzi təyin edib. Həmin şəxs haqqında bir neçə dəfə adını çəkmədən yaşına yaraşmayan hərəkətlərini yazı olaraq dərc etmişik. Görəsən başı bədəninə ağırlıq edən, oturub-durmaqda əziyyət çəkən bir qoca yetişməkdə olan gənc nəslə təhsildə nə töhfə verə biləcək? Əlbətdə ölkəmizin böyük alimlərinin istənilən yaşda verdiyi töhfələri nəzərə alsaq bu məsələni yaşla əlaqələndirməməliyik. Amma , bu şəxs nə onlar qədər nümunəvi olub, nə də olacaq. Bunu hər kəs içdən-içə çox yaxşı bilir .
Sözün bitdiyi yer...
LARTİ-nin bu addımından belə qənaətə gəlmək olar ki, şəhər 3 saylı tam orta məktəbdə çalışan direktor müavinlərinin və müəllimlərin bilik və bacarıqları günümüzün tələblərinə cavab vermir. Belə olduğu halda həmin məktəbin bütün kollektivi qocalarla əvəz olunmalıdır.
Araşdırmalarımız davam edir. LARTİ-nin analoqu olmayan yenilikləri barədə növbəti materialımızda.”
Budur “bir ayağı burda, bir ayağı isə gorda olan”, “başı bədəninə ağırlıq edən” sözləri ilə Rauf Cəbiyev növbəti dəfə şəxsi maraqları və ya sifariş əsasında Masallı ziyalısını təhqir edir. Masallı ziyalıları, müəllimlər isə susur. Hətta bir neçə özü kimisi onun bu paylaşımına “like” qoyur. Hörmətli şəxslər, başbilənlər, axı bu tendensiya nə vaxta kimi davam edəcək? Daha kimin təhqir olunmasını gözləyirsiniz? Niyə susursunuz?
Hamı bilir ki, Qardaş müəllim idarənin metodisti kimi həmin məktəbə direktor təyinatı olana qədər məktəb direktoru vəzifəsini müvəqqəti olaraq icra edir. O da hamya bəllidir ki, dövlət təltifləri sahibi, ictimai təşkilat rəhbəri və idarə əməkdaşı kimi bir ictimai və dövlət xadiminin hanasısa məktəbə direktor təyin edilmək kimi bir şakəri ola bilməz. O sadəcə idarənin əməkdaşı olaraq problemli məktəblərə müvəqqəti olaraq təyin edilərək oranı yeni təyin ediləcək direktor üçün uyğun bir hala gətirəndən sonra öz əsas işinə qaydır və bu onun üçün ilk belə hal da deyil. Necə ki, bundan əvvəl Köçəkli kənd tam orta məktəbinə eyni cür təyinat almışdı.
Rauf Cəbiyev hazırkı dövrdə YAP Masallı Rayon Təşkilatı Böyük Kolatan Ərazi Partiya təşkilatına rəhbərlik edir. Lakin Qardaş Fətullayev YAP yaranan ərəfədə bir iri müəssisəsinin rəhbəri kimi, bütün işçiləri ilə birgə YAP sıralarına daxil olaraq öz işini belə itirməkdən çəkinməyən prinsipial bir şəxsdir. Uzun illərdir ki, “Masallı Ziyalıları” İctimai Birliyinin sədridir. Rayona icra başçıları hər zaman onun fəaliyyətini müsbət qiymətləndirərək fəxri fərmanlar, diplomlarla təltif edib, ümumrayon tədbirlərində ön sıralarda əyləşdiriblər. Qardaş Fətullayevin sonuncu mükafatı isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzası ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə təsis edilən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı olub. Bu medalı Qardaş müəllimə şəxsən Masallı Rayon İcra başçısı Araz Əhmədov təqdim edib. Araz müəllim yaxşını-pisdən, yağı-şordan ayırmağı bacaran biri kimi tanıyırıq.
Güman edirik ki, Masallı Rayon İcra başçısı, YAP Masallı Təşkilatın sədri şəxsi maraqları və sifarişlər əsasında rayon ziyalılarını, ağsaqqalları, rəhbər şəxsləri, şəhid ailələrini təhqir edən bu “jurnalist” “YAP”çı barədə gec olmamış bir tədbir görəcəkdir.
Rauf Cəbiyevin Qardaş Fətullayevə qarşı bu mövqeyi də bir-neçə gün bundan əvvəl onunla olan şəxsi məsələlərə görə olan mübahisəsinə görədir. Belə ki, Qardaş Fətullayev onu ziyalı olmadığı halda rayon ziyalılarını qınayan fikirlər səsləndirməsinə etiraz edib və onun sosial şəbəkədə hər kəs tərəfindən publik təhqir edilməsinin rayonun imicinə ziyan vurduğunu bildirmişdir. Rauf Cəbiyev hətta bir qədər də irəli gedərək Lənkəran Astara Regional Təhsil İdarəsini buna görə təhdid etməsinə isə uyğun ad tapmaq olmur. Qardaş müəllimin əvəzinə nəsə demək istəmirik və o özü özünü hamıdan daha yaxşı müdafiə etmək iqtidarındadır. Bir atalar sözü və el deyimi ilə söhbətə son qoymaq istəyirəm. Dəvə nə qədər ölü ola, dərisi bir eşşəyə yükdür və ya Şir qocalanda kəpənək məsəli..
Cəfər Cəfərov,
Asiya.az
Paylaş:
Müəllif : Fuad
Tarix:12-06-2024, 08:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər