“Bu biabırçılıqlara son qoyulmur ki, qoyulmur!” - ETİRAZ
“Prezident Administrasiyasında sosial verilişlərlə əlaqədar söhbət oldu, tapşırıqlar verildi, nə dəyişdi? Əvvəla, heç nə dəyişmədi, dəyişməyəcək! Niyə? Çünki səviyyə budur! Həmin televiziyaların rəhbərlərinin də səviyyələri odur!”
Bu sözləri yazıçı-publisist Xeyrəddin Qoca deyib. Onun sözlərinə görə, telekanal rəhbərləri Prezident Administrasiyasına dəvət olunaraq verilişlərlə bağlı tənbeh olunsalar da, ciddi dəyişiklik müşahidə edilmir:
“Yenə Zaur Baxşəliyev uzun-uzadı danışır, həyat yoldaşına da əlavə bir veriliş tapşırıblar, şit, bayağı hərəkətlərlə, gülüşlərlə efir doldurur! Aparıcılar ekranları lağ-lağı yerinə çeviriblər, danışıqlarda savadsızlıq, məntiqsizlik baş alıb gedir! Sosial verilişlərin hamısı bu gündədir. Hamısı bir-birinə bənzəyir. Elə bilirsiniz, aparıcıların "Nömrə 1" adlandırdıqları həkimlər efirlərdə havayı reklam olunurlar? Ümumiyyətlə, həkimləri nə vaxtdan nömrələyiblər? Mən rayonda yaşayanda kəsim üçün verilən danaları, inəkləri, camışları nömrələyərdilər!.. Bu nömrələmək haradan çıxdı? Həmin həkimlər özləri necə razı olurlar ki, onları nömrələsinlər? Axı məşhur həkimlər özlərini "nömrə 1" hesab etmirlər...”
Yazıçı bildirib ki, telekanallar reklam üçün efirə çıxardıqları həkimlərdən xeyli pul alırlar:
“Bəli, həkimlərdən televiziyalara çoxlu pul gəlir! Məlum məsələdir ki, həkimlərə daha çox pul gəlir. Həmin verilişlərə baxan "savadlı" tamaşaçılar da həmin həkimlərin kabinetlərinin qarşısında növbəyə düzülürlər! Nə olur-olsun, pul gəlsin!
Bütün sosial verilişlərin aparıcılarını bir yerə yığsanız, Türkiyənin "Şou" kanalının aparıcısı Didəm Arslan Yılmazın "Vazkeçmə" verilişinin bir süjetini belə hazırlaya bilməzlər! Didəm xanım müstəntiqlərə, prokurorlara, hakimlərə belə cinayət işlərinin açılmasında kömək edir. Yüzlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları da bütün Türkiyənin gözü qarşısında ona yardımçı olurlar. Hamı heyrət içindədir! Hanı bizdə elə aparıcılar?
Bizdə sosial verilişlər əttökəndir, bayağıdır, çoxu da uydurma, boğazdan yuxarı, qeyri-səmimi danışıqlar toplusudur!
Onlar tamaşaçıları cəlb etmək, reytinq yığmaq üçün bilərəkdən-bilməyərəkdən min hoqqadan çıxmaqla tamaşaçıları efirlərdən uzaqlaşdırırlar!
Artıq söhbətin, tapşırığın, yazmağın, deməyin təsiri yoxdur, ciddi tədbirlər görülməsinin vaxtıdır!
Televiziya efirləri evlənmək, ərə getmək məkanı deyil! Mavi ekranlarda savadsızlar, cahillər danışmalı deyillər! Mavi ekran bəzi qadınların baldırlarını, bədən quruluşunu nümayiş etdirmək yeri də deyil!
Bir sözlə, biabırçılıqlara son qoyulmur ki, qoyulmur!”
Paylaş:
Müəllif : Fuad
Tarix:12-06-2024, 11:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər