reklam
Regionxeberlericom.az » Cəmiyyət » Hazırda nişanlı olan xala uşaqlarının aqibəti NECƏ OLACAQ?

reklam

Hazırda nişanlı olan xala uşaqlarının aqibəti NECƏ OLACAQ?
















Xəbər verdiyimiz kimi, Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilir. bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur.Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun nikaha daxil olması qadağan edilir. Bəs cütlüklərin qohum olub-olmadıqları necə araşdırılacaq? Hazırda nişanlı olan xala (bibi) və əmi (dayı) uşaqlarına sözügedən qanun aid edilir?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hüquqşünas Şamil Paşayev deyib ki, bununla əlaqədar elektron hökumət portalı var. Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsinin portalı mövcuddur:

"Şəxslərin qohum olub-olmadıqlarını həmin portal vasitəsilə aydınlaşdırmaq mümkündür. Bu ciddi problem yaradacaq məsələ deyil. Qanun hələ qüvvəyə minməyib. Bununla bağlı üç oxunuş Milli Məclisdə keçməlidir və prezident qanunu imzalamalıdır. Prezident 56 gün ərzində qanunu imzalayır. Nişanlılıq bizim qanunvericiliyimiz ilə hər hansı bir əhəmiyyət və akt kimi qəbul edilmir. Ona görə də bunun bir mənası yoxdur. Qanun imzalandıqdan sonra qüvvəyə minənə qədər xeyli müddət keçəcək. Bu vaxt ərzində şəxslər nikaha daxil ola bilərlər. Nəzərə almaq lazımdır ki, xala (bibi) və əmi (dayı) uşaqlarının nikahlarını yalnız qanun ilə qadağan etməklə bunun qarşısını almaq mümkün deyil. Çünki insanlar bəlli zaman kəsiyindən keçib. Bu Azərbaycanda İslam dinini qəbul etdikdən sonra adət halını alıb. Amma milli olaraq türk millətlərində xala (bibi) qızı almaq anlayışı olmayıb".

Hüquqşünasın sözlərinə görə, bu qəbildən olan evliliklər barədə danışarkən insanlara bununla bağlı məlumatlandırmaq lazım idi ki, insanlar niyə görə bu nikahlardan qaçılmalıdır:

"Uşaqların xəstə doğulması kimi fəsadlar burada anlaşılmalı idi. Əslində tibbi nöqteyi-nəzərdən aydındır. Düşüncə etibarilə insanların eyni məhəllədən, kənddən və çevrədən evlənmək özü də zərərlidir. Yəni bunları bilgiləndirmə ilə başa salmaq lazımdır. Qanunvericilik ilə sərtləşdirməklə bunu məhv etmək mümkün olmayacaq. Çünki insanlar nikaha daxil olmadan da birlikdə yaşaya biləcəklər. Nikahsız ailələrin və nikahdan kənar doğulanların sayı daha da artacaq. Onlar vətəndaş nikahı ilə yaşayacaqlar. Digər tərəfdən bir-birini övladlığa verməklə xala qızı, əmi oğlu kimi qohumluqlarını sənəd üzərində yox edəcəklər. Yəni bunun fəsadı müsbət tərəflərindən daha çox ola bilər. Bu işdə diqqətli olmağımızda fayda var".




Paylaş:


Müəllif : Tarix:
12-06-2024, 14:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər