reklam
Regionxeberlericom.az » Cəmiyyət » Zakir Qaralov geri qayıdır? – Yeni vəzifə istəyir...

reklam

Zakir Qaralov geri qayıdır? – Yeni vəzifə istəyir...
















Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralov Ali Məhkəmənin hakimi olmaq niyyətindədir.

Bu barədə Gununsesi.info-ya sabiq baş prokurorun yaxın ətrafından məlumat verilib.

Məlumata görə, bu yaxınlarda Ali Məhkəmənin bir neçə hakiminin təqaüdə göndərilməsi bu instansiyada  vakansiya yaradıb.

Baş prokuror olduğu dövrdə prokurorluq orqanlarında rüşvət və korrupsiya hallarına  geniş meydan açan Zakir Qaralovun  mənfi imici onun bu posta buraxılmasını sual altına salıb.

Onu da qeyd edək ki, Qaralovun  işdən azad ediləndən sonra da Ali Məhkəmə və Konstitusiya Məhkəməsinə hakim getmək istəyi olsa da bu baş vermədi.

Görünür, sabiq baş prokurorun xüsusilə, “Tərtər İşgəncə”lərində əsas məsuliyyət daşıması və onun haqqında medianın  ifşaedici yazıları bu prosesin qarşısını alıb.

İndi görünür, bunların unudulduğunu düşünən Zakir Qaralov yenidən bu istəyə düşüb.

Ancaq onun indiki məqamda Ali Məhkəməyə hakim gəlməsi bu sahədə islahatlar apardığını iddia edən İnam Kərimovun reputasiyasının darmadağın olması deməkdir. 

Ona görə də İnam Kərimov ölkənin ali rəhbərliyini inandırmalıdır ki, Zakir Qaralovun hakim olması ümumi mənzərənin ziyanınadır.





Paylaş:


Müəllif : Tarix:
13-06-2024, 10:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər