Cərimələr milləti boğaza yığıb - Tahir Kərimli
“Cərimələrlə bağlı məsələni parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə müzakirə etdik. Mən də çıxış etdim. Şübhəsiz ki, velosiped yollarının çəkilməsi ekoloji və mədəni cəhətdən bizə üstünlüklər verir. Bunun əleyhinə deyiləm. Arzu edirəm ki, insanlar daha çox bundan istifadə etsinlər. Ciddi narazılıqlarımı da bildirdim".
RegionXəbərləricom.az pravda.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
O əlavə edib: "Birincisi, görürük ki, 3 yol xətti var. İkisi maşınlar üçündür, birini isə velosiped yolu ediblər. Velosiped sürən isə yoxdur, yol bomboş qalıb, amma güclü tıxac yaranır, maşınlar keçə bilmir. Tutaq ki, taksidən düşmək istəyirsən, maşın velosiped yoluna yan alsa, dərhal cərimə olunacaq. Bəs necə olsun?
Üçüncüsü, səkilərdə deyil, avtomobil yollarında velosiped xətləri çəkilir. Dördüncüsü, velosiped yolu ilə maşın yolu arasında bəzən baryerlər qoyulur.
Nəhayət, cərimələr. Parklama yerləri isə çox bahadır, insanlar maşını park edə bilmirlər. Avtobus, velosiped yoluna girənləri də 100 manat cərimə edirlər. Bu cərimələr milləti boğaza yığıb. Başım çıxmır, büdcəni cərimə ilə doldurmalıyıq?! Bu nə deməkdir?! Camaatın o qədər əməkhaqqısı yoxdur”.
T. Kərimli qeyd edib: “Dəfələrlə demişəm. Bizdə cərimələr Avropa səviyyəsindədir. Amma Avropada əməkhaqqı, pensiya bizdən on dəfə yüksəkdir. Cərimələr orta aylıq əməkhaqqının yüzdə biridirsə, sən də orta aylıq əməkhaqqını yüzdə biri et. Daha yüzdə on niyə edirsən?!
Bu məsələlər məni çox narahat edir. Bəzi yerlərdə, ümumiyyətlə, maşın saxlamağa yer ayırmayıblar. Məsələn, köhnə "Lenin" muzeyinin ətrafında maşın saxlamaq olmaz. Arxasında kub şəklində binadır, 600 metr də ətrafı var. Bir kilometrlik ərazidə camaat maşını harada saxlasın?!
Saxlayan kimi AYNA dərhal cərimə yazır. Ya yer müəyyən et, yerin yoxdursa... Cərimə, cərimə, cərimə, nə qədər olar? Narazıyam. “Ay aman, bizi mədəni görsünlər, şəhərimiz qəşəng görünsün” deyə, saxta yollar düzəldilir.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavininə hörmət edirəm. İzah etdi, biz yol çəkməliyik ki, camaat da velosiped alsın. Bu da düzdür. Axı əsas camaatın rahatlığıdır. Nə edək, nə vaxta kimi gözləyək? Tıxaclar insanları narahat edir. Hər sahəyə cərimə tətbiq edilməsi xoşagəlməzdir. Bilmirəm, bu nə yoldur, tutublar”.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-06-2024, 14:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər