reklam
Regionxeberlericom.az » Cəmiyyət » Dilanın bacı-qardaşı azadlığa buraxıldı - Video

reklam

Dilanın bacı-qardaşı azadlığa buraxıldı - Video


















Sosial media fenomeni Dilan Polatla birlikdə Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılan bacı və qardaşı azadlığa buraxılıb. 

RegionXəbərləricom.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dilan Polatın bacısı Sıla Doğu və qardaşı Can Doğu ötən gün sərbəst buraxılıb.

Belə ki, 4-cü Sülh Cəza Məhkəməsində hakim Dilan Polat, Engin Polat, Sezgin Polat, Ahmet Gün və Alper Kürşat Polatın həbsinin davam etdirilməsinə qərar verərkən, Sıla Doğu və Can Doğu da daxil olmaqla 11 məhbusun azadlığa çıxmasına qərar verib.

Həbsdən çıxan Sıla Doğunun “Dilan”, - deyə qışqıraraq ağladığı anlar sosial mediada gündəm olub.  

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb. Bundan sonra bir çox məşhur fenomenlər də eyni əməliyyat çərçivəsində saxlanılıb. Onların əmlakları müsadirə olunmaqla yanaşı avtomobilləri də bəyaz rəngə boyanaraq polis maşınları kimi istifadə olunmağa başlayıb.




Paylaş:


Müəllif : Tarix:
14-06-2024, 14:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər