reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bakteriya aşkarlanan dondurmalarla bağlı daha bir - Açıqlama

reklam

Bakteriya aşkarlanan dondurmalarla bağlı daha bir - Açıqlama














Xəbər verdiyimiz kimi, Bakı və regionlarda ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı uyğunsuzluqlar aşkarlanıb.

Agentlikdən verilən məlumata görə, ölkə ərazisində fəaliyyət göstərən dondurma emalı müəssisələri tərəfindən istehsal olunmuş məhsullardan götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinəsi nəticəsində 4 istehsalçıya məxsus 10 məhsul partiyasında insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.

Uyğunsuzluq aşkarlanan dondurma məhsulu partiyaları aşağıdakılardır:

Məhsulun adı

İstehsalçı

Məhsulun partiyası, istehsal və son istifadə tarixi

Aşkar edilmiş uyğunsuzluq

  1.  

"İçərişəhər" əmtəə nişanlı vanilli plombir dondurma

"Rich S.A" MMC

30.03.2024-30.01.2025

Enterobacteriaceae bakteriyası

  1.  

"Soyuq" əmtəə nişanlı südlü kakaolu dondurma

04.04.2024-04.02.2025

Enterobacteriaceae bakteriyası

  1.  

"Soyuq" əmtəə nişanlı südlü çiyələkli dondurma

03.04.2024-26.01.2025

Enterobacteriaceae bakteriyası

  1.  

“İce Dream” əmtəə nişanlı şokoladlı plombir dondurma

30.03.2024-30.01.2025

Enterobacteriaceae bakteriyası

  1.  

"Yolka" əmtəə nişanlı qaymaqlı dondurma

30.03.2024-30.01.2025

Enterobacteriaceae bakteriyası

  1.  

“Qoşa Qapı” əmtəə nişanlı vanilli Eskimo dondurma

"Camal LTD" MMC

02.04.2024-02.02.2025

Enterobacteriaceae bakteriyası

  1.  

"Selena" əmtəə nişanlı Qlobus Eskimo vanilli plombir dondurma

Fiziki şəxs Yusubova Səringül

Kərəm qızı

22.04.2024-22.02.2025

Enterobacteriaceae bakteriyası

  1.  

“Zoluşka” əmtəə nişanlı portağallı Eskimo dondurma

10.04.2024-10.02.2025

Enterobacteriaceae bakteriyası

  1.  

“Selena" əmtəə nişanlı südlü çiyələkli dondurma

29.04.2024-28.02.2025

Enterobacteriaceae bakteriyası

  1.  

"Naturalika" əmtəə nişanlı Eskimo dondurma

Fiziki şəxs Poladov Müzəffər Müslüm oğlu

27.04.2024-27.02.2025

Enterobacteriaceae bakteriyası

Qeyd edək ki, Enterobacteriaceae ailəsinə mənsub olan bakteriyaların bir çoxu patogen xüsusiyyətli olub, insanlarda salmonelyoz, dizenteriya, kolit və mədə-bağırsaq pozğunluqları ilə müşayiət olunan digər qida mənşəli zəhərlənmələrə səbəb olur. Bu bakteriyalarla yoluxma insanlarda həmçinin tənəffüs və sidik yollarının iltihabı ilə nəticələnən proseslərə yol açır ki, bu zaman xəstə insanlarda hərarətin yüksəlməsi, halsızlıq, baş ağrıları və bu kimi digər əlamətlər müşahidə edilə bilər. Odur ki, Enterobacteriaceae bakteriyaları ilə sirayətlənmiş dondurma məhsullarının istehlakı insan sağlamlığı üçün təhlükəli hesab olunur.

AQTA sınaq nəticələri uyğunsuz olan istehsalçı müəssisələrdə plandankənar yoxlamalar keçirir, təhlükəli məhsullar ticarət şəbəkələrindən geri çağırılır və qanunvericiliyə uyğun tədbirlər görülür. Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində uyğunsuzluqlar aşkarlanmış məhsullarla bağlı məlumatlar Agentliyin saytında təhlükəli məhsulların reyestrinə daxil edilib: https://afsa.gov.az/az/qida-zencirine-nezaret/tehlukeli-mehsullarin-reyestri Vətəndaşlardan ticarət şəbəkələrində bu məhsullarla rastlaşdıqda, Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.



Paylaş:


Müəllif : Tarix:
14-06-2024, 15:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər