reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ermənilər Kərki kəndindən çıxırlar? - Rəsmi CAVAB

reklam

Ermənilər Kərki kəndindən çıxırlar? - Rəsmi CAVAB
















Ermənistanın Ararat vilayəti qubernatorunun administrasiyası Naxçıvanın işğal altında olan Kərki (ermənilər Tiqranaşen adlandırılar-red.) kəndində məskunlaşmış erməni sakinlərinin oranı tərk etməyə hazırlaşması ilə bağlı mətbuatda dərc olunan məlumatı təkzib edib. 

Ermənistan KİV xəbər verir ki, administrasiyanın məlumatında deyilir: 

“Tiqranaşen sakinlərinin (?) kəndi tərk etməyə hazırlaşdıqları, xüsusən də qubernatorun əmri ilə onlara avqusta qədər evlərini tərk etmək üçün 12 milyon dram təklif edildiyi barədə dərc edilən məlumat tam dezinformasiyadır.  SEO Xidməti

Biz bir daha KİV nümayəndələrini reallığa uyğun gəlməyən və sərhəddəki vəziyyətlə bağlı narahatedici məlumatları dərc etməkdən çəkinməyə çağırırıq”. 

Xatırladaq ki, Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Kəndin ərazisi 19 kv.km-dir. Kəndin 1000 nəfərə yaxın azərbaycanlı sakini 34 ildir ki, didərginlik həyatı yaşayır. 

Kərkinin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən strateji əhəmiyyətli M-2 magistral yolu keçir. 

Kərki kəndində 150-dək erməninin qanunsuz məskunlaşdığına dair məlumatlar var. 

Kərki kəndi hər tərəfdən Ermənistan ərazisi ilə əhatə olunmuş esklav yaşayış məntəqəsidir. 




Paylaş:


Müəllif : Tarix:
17-06-2024, 17:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər