Ucuzlaşma payıza qaldı… - NƏ BAŞ VERİR?
Azərbaycanda payızlıq taxıl əkini sahələrinin 16,9 %-də biçin başa çatıb.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyində taxıl biçinin təşkili ilə bağlı yaradılmış operativ qərargah xəbər verir. Məlumata görə, bu günə qədər 170 124 hekar sahədə biçin aparılıb, sahələrdən 26 324 ton buğda və 469 562 ton arpa yığılıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 28,9 sentner, buğda üzrə isə 34 sentner təşkil edir. Arpa sahələrinin 37,9 %-də, buğda sahələrinin isə 1,3 %-də biçin yekunlaşıb. Ölkədə mövcud olan taxılyığan kombaynların 69 %-i hazırda taxıl biçinində iştirak edir.
İyunun 13-də ölkə üzrə taxıl biçininə 1243 kombayn cəlb olunub. Bunlardan 509-u “Aqroservis” ASC-nin, 734-ü isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. Ümumilikdə bu mövsüm kütləvi biçin prosesində 1 803 kombaynın iştirak edəcəyi gözlənilir.
Maraqlıdır, payızda çörəyin qiymətində ucuzlaşma gözlənilə bilər?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli "Cebhe.info"-ya açıqlamasında deyib ki, bu məlumatlarla proqnoz vermək doğru deyil:
"Çünki taxıl biçini hələ yeni başlayıb. Orta məhsuldarlıq da tam bəlli deyil. Məsələn, 34 sentner Azərbaycan üçün normal göstəricidir. Amma məhsuldarlığı aşağı olan sahələr olacaq ki, bu da məhsuldarlığı aşağı sala bilər. Digər tərəfdən, bizim ölkədə buğdanın və unun qiyməti xarici bazardan asılıdır. Əsasən də Rusiyadakı qiymətlərlə bağlıdır".
O, həmçinin bildirib ki, dünyada bu il ərzaq buğdasının tələbatdan 20 faiz çox istehsal ediləcəyinə dair proqnozlar var:
"Deməli, bu, əsas verir ki, buğda dünyada ucuzlaşsın. Ona görə çörəyin maya dəyərinin aşağı düşməsi çörəyin ucuzlaşmasına şəraitdir. O səbəbdən düşünürəm ki, dünyada çörəyin ucuzlaşması davam edəcək. Azərbaycanda çörəyin qiymətinin buna reaksiya verməsi ona görə ləngiyir ki, insiharçılar qiyməti endirmək istəmirlər".
Paylaş:
Müəllif : Fuad
Tarix:18-06-2024, 12:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər