Həcc zamanı 577 zəvvar dünyasını dəyişib
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı həyatını itirən zəvvarların sayı 577 nəfərə çatıb.
Bu barədə “Agence France-Presse” (AFP) agentliyi ərəb ölkələrinin diplomatik dairələrindəki mənbələrə istinadla məlumat yayıb.
Adının açıqlanmasını istəməyən iki ərəb diplomat bildirib ki, onlardan ən azı 323-ü misirli, ən azı 60-ı iordaniyalı, ən azı 35-i tunisli, ən azı 5-i mərakeşlidir.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, zəvvarların ölüm səbəbi isti olub. Cəsədlər Məkkədəki ən böyük morqlardan birinə aparılıb.
Digər tərəfdən, bu il 23 Türkiyə vətəndaşı müqəddəs torpaqlarda həcc ziyarətini yerinə yetirərkən dünyasını dəyişib. İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd isə ən azı 11 iranlı zəvvarın öldüyünü bildirib.
Agentlik məlumatına görə, Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi iyunun 17-də Məkkədə 51,8 dərəcə isti qeydə alıb. Krallığın Səhiyyə Nazirliyi təkcə bazar günü 2764 zəvvarın istidən əziyyət çəkdiyini bildirib.
Agentliyin məlumatına görə, hazırda Məkkədə 1,8 milyondan çox zəvvar var.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-06-2024, 11:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər