reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ağrı dağında həlak olan iranlı alpinistin cəsədi 5 gündən sonra yerə endirilib

reklam

Ağrı dağında həlak olan iranlı alpinistin cəsədi 5 gündən sonra yerə endirilib












Ağrı dağının zirvəsinə qalxdıqdan sonra geri qayıdan üç iranlı alpinistdən biri olan Ekber Helili (47) yıxılaraq dünyasını dəyişib. 5 gündən sonra iranlı alpinistin cəsədi 400 metrlik kəndirlə çəkilərək atla endirilib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, İrandan gələn 3 alpinist iyunun 13-də Ağrı dağına qalxmağa başlayıb. 5 min 137 metr yüksəklikdəki zirvəyə çatan alpinistlər daha sonra geri dönməyə başlayıblar. İyunun 14-də səhər saatlarında 4600 metr yüksəkliyə enərkən alpinistlərdən Ekber Helilinin sürüşərək yıxıldığı iddia edilir. 4 min 200 metrə qədər sürüklənən Helili həyatını itirib. Dostlarının xəbəri üzərinə jandarma, və UMKE qrupları Ekber Helilinin cəsədini çıxarmaq üçün işlərə başlayıb.

Lakin əlverişsiz hava şəraiti komandanın işinə mane olub. Xəbərdarlığın alınmasından sonra saat 15.00 radələrində Ağrı dağının 4 min 200 metr uzunluğundakı Öküz dərəsində düşərgə sahəsinə gedən jandarma, UMKE və xilasetmə qrupları əlverişsiz hava şəraiti səbəbiylə işləyə bilməyib. Bu proses zamanı qruplar alpinistin yerləşdiyi bölgənin relyefini araşdırıblar. Bu gün hava şəraiti münasib olanda komandalar hərəkətə keçib.

Alpinistin düşdüyü bölgədə qarın əriməsi səbəbiylə uçqun təhlükəsi ilə yanaşı, qruplar cəsədlərə iplərlə çata bilib. İranlı alpinistin cəsədi kəndirlərə bağlanaraq, təxminən 400 metr çəkilib. Helilinin cəsədi atın belinə bağlanaraq quru təcili yardımının gözlədiyi 3200 metrdəki düşərgəyə aparılıb. İranlı alpinistin cəsədi yarılmaq üçün Doğubəyazıt Dövlət Xəstəxanasının meyitxanasına aparılıb.

Fəlakət və Fövqəladə Halların İdarə Olunması Rəyasət Heyəti (AFAD) Ağrı dağında həyatını itirən iranlı alpinistin cəsədinin endirildiyini bildirib.

Rəyasət Heyətindən verilən açıqlamada xatırladılıb ki, iyunun 14-də Ağrı dağına qalxan İran milli alpinistinin yıxılaraq dünyasını dəyişdiyi barədə məlumat daxil olub.

Daxil olan məlumata görə, çətin relyef şəraitində aparılan işlər nəticəsində hadisə yerinə 25 alpinist gəlib və meyit aşkar edilib.




Paylaş:


Müəllif : Tarix:
20-06-2024, 09:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər