reklam
Regionxeberlericom.az » Cəmiyyət » Universitetə yüksək balla daxil olanların acı aqibəti - Onların çoxu...

reklam

Universitetə yüksək balla daxil olanların acı aqibəti - Onların çoxu...
















Gənclərin çoxu Azərbaycanda təhsil almaq istəmir. Bu üzdən ali təhsil üçün xarici ölkələrə üz tutan azərbaycanlıların sayı son illər xeyli artıb. 

Buna səbəb nədir? Gənclər niyə Azərbaycanda oxumaq istəmir? Təhsildə hansı çatışmazlıqlar var? 

Təhsil eksperti Ramal Şəmşədli bununla bağlı Yenisabah.az-a açıqlama verib:  SEO Nədir

“Gənclərin xaricdə təhsil almaq istəmələrinin səbəbi çoxdur. Hazırda təkcə Türkiyədə 35000 azərbaycanlı tələbə təhsil alır. Biz xarici ölkələr dedikdə Rusiyanı, Ukraynanı, Gürcüstanı tam olaraq nəzərdə tutmuruq. Türkiyəni, Avropanı, Amerikanı, Kanadanı nəzərdə tuturuq. Tələbələr bu ölkələrdə təhsil almağa gedirsə, ən azında özlərini inkişaf etdirmək üçün yaxşı universitetlərdə keyfiyyətli təhsil almaq üçün gedirlər. Təhsilin keyfiyyəti də buna səbəbdir. Bu gün biz şahid oluruq ki, Azərbaycanda universitetə 600 balla, hətta daha yüksək göstərici ilə qəbul olan gənclərin çoxu işsizdir. İstər-istəməz gənclərimizdə narahatlıq yaranır. “Mən yüksək bal toplayıb burada universitetdə oxuyacağam və işsiz qalacağam”- deyə fikirləşirlər. İşsizlik problemi var. Gənclər artıq yaxşı unversitetlərdə yaxşı təhsil almaq və gələcək kariyelarını qurmaq üçün xarici universitetlərdə təhsil almağın daha yaxşı fürsət olduğunu düşünürlər”.

Ramal Şəmşədli Azərbaycanda ailələrin lazımi münasibəti, ünsiyyəti övladları ilə bölüşməyi bacara bilmədiklərini vurğulayıb:

“Bu, ən əsas məqamlardandır. Valideynlər övladlarını ancaq basqı və qorxu ilə idarə edirlər. Bunun üçün gənclər ailədən uzaqlaşmaq istəyirlər. Ailə, qohum, çevrə basqısı var. Uşaqlara ciddi mənada məsuliyyət yükləyirik. Onların yanında ola bilmirik. Uşaqlar da indidən biznesmenlə özlərini müqayisə eləməyə başlayırlar. Valideyn hansısa bir uğur qazanmış adamla övladını müqayisə elətdirir. Nəticədə gənclərdə özgüvənsizlik, boğulma-sıxılma yaranır. Onlar da rahatlığı xaricə getməkdə görürlər. İmtahan sistemində  biz dəfələrlə şahidi olmuşuq ki, abuturiyent az bal toplayır, burada qəbul ola bilmir, gedib xaricdə universiteti rahat bir şəkildə bitirir, özlərini inkişaf elətdirirlər”.

“İmtahanlarla dərsliklərin fərqli olması da buna səbəbdir. Elm və Təhsil Nazirliyimizin istəyi odur ki, gənclərimiz orta məktəbdə əzbərçiliyə üstünlük verməsinlər, məntiqlərini işlətsinlər. Bu yönümlü çalışmalar həyata keçirilir. Amma Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarında əzbərçi suallar olur. Buna görə də gənclərimiz uğursuz olur. Bu gün bir çox ölkələr Avropa, Amerika, Türkiyə, Rusiya və ya başqa ölkələrə attestat qiymətləri ilə qəbul həyata keçirirlər. Məsələn, Almaniya alman dili sertifikatı ilə qəbul həyata keçirir. İtaliya, Polşa kimi ölkələr də attestat və dil sertifikatı ilə qəbul həyata keçirir. Bizim ölkəmizin ən yaxşı universitetləri də eyni proqlamla xarici ölkələrdən tələbə qəbulu həyata keçirirlər. Bizim gənclərimiz basqı ilə “qabağa gəlirlər”. Bununla bərabər universitetlərimizdə də basqı var. Gənclər hər hansı bir formada mübarizə aparıb məzun olurlar. Amma sonunda hara üz tutacaqlarını, hansı işi quracaqlarını, harada işləyəklərini bilmirlər. Məncə buna görə biz universitetdə və orta məktəbdə 1-ci növbədə təhsilin keyfiyyətin artırmaqdan əvvəl çalışmalıyıq ki, orta məktəbdə müəllim və şagird, şagird və valideyn düzgün ünsiyyət qurmağı öyrənsin. Bu gənclərimizin yetişməsi üçün çox vacibdir. Çünki əlaqə düzgün qurulmadıqda gənclərimiz xoşbəxt ola bilmirlər. Bu hallar depressiyaya, intihara da apara bilər. məktəb psixoloqları yaxşı olmalıdır. Dərsliklərlə imtahanlar bir-birinə uyğun olmalıdır. Hər şeydə əlaqə, ünsiyyət önəmlidir”.

Ekspert uşağın valideyndən qorxmamalı olduğunu vurğulayıb:

"Bizim ölkədə belə deyirlər: Avropada iş çoxdur, rahat işləyirsən, pul qazanırsan. Ona  görə də bizim gənclərin çoxu xarici ölkələri görməsələr də ora meyilli olurlar. Gənclər fikirləşirlər ki, burada iş görmək çətindir. Halbuki bizim ölkəmizdə işsizlik problemi var. Buna səbəb odur ki, işverənlə işaxtaran arasında düzgün əlaqələr qurula bilmir. İşverən işçini harada axtarmalı olduğunu bilmir. İşaxtaran da işverəni harada tapacağını bilmir. Belə problemlərdə universitetlərin üstünə böyük rol düşür. Sahibkarlarla işləmə, yönləndirmə, təcrübə proqlamları, praktikalar kimi bütün sahələrdə məlumatlandırma olmalıdır".  





Paylaş:


Müəllif : Tarix:
20-06-2024, 10:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər