reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Bir dəfə efirə çıxmağa 20-25 min verirlər” - TV-lərdəki fantastik qiymətlər

reklam

“Bir dəfə efirə çıxmağa 20-25 min verirlər” - TV-lərdəki fantastik qiymətlər
















Yerli telekanallarda yayımlanan sosial verilişlərdə tez-tez hansısa "ekspert" və "mütəxəssislər" reklam edilir. 

Bəzi verilişlərdə həkimlər ekspert kimi saatlarla otururlar. Aparıcılar isə bu həkimləri "ölkənin nömrə 1 həkimi", "ən yaxşı cərrah", "ən yaxşı travmatoloq", "ən bacarıqlı ginekoloq" və s. kimi təqdim edirlər. 

Heç kəsə sirr deyil ki, bütün bunların arxasında ciddi maliyyə dəstəyi dayanır.  Klinikalar

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış yazıçı-jurnalist Anar Vəziroğlu bildirib ki, artıq həkimlər iki yerə bölünüb: bölünüb: reklamı güclü olanlar, başını aşağı salıb işini görənlər: 

“Bu gün telekanallara ən çox pul verənlər həkimlərdir. Bir efirə çıxmaq üçün 20-25 min manat verən həkimlər var. Bundan xəbəriniz varmı?Bunlar bu qədər pulu haradan qazanırlar ki, 20-25 mini telekanala verirlər? Mən məəttəl qalıram. Dəfələrlə ekspert kimi iştirak etdiyim verilişlərdə demişəm ki, niyə burada işinin əhli olan, təcrübəli, yaşlı həkimlər yoxdur? Hamısı cavan uşaqlardır, biri deyir Amerikada oxumuşam, biri deyir Almaniyada oxumuşam... 

Onlar bilir ki, kütlə avamdır, nə desələr, şappa-şap əl çalacaqlar. Kütlə ilə oynayırlar. 

Mən özüm şəkər xəstəsi ola-ola efirdə olan həkimə sübut etdim ki, sənin danışdıqların yalandır. Çıxıb deyir ki, filan qidaları qətiyyən yeməməlisiniz. Bu düzgün yanaşma deyil, bədənə bütün qidalar lazımdır, sadəcə hər şeyi qaydasında, həddindən ziyadə olmayacaq şəkildə qəbul etməlisiniz, bədənin tələbatı var. Bu həkimlər elə bilirlər ki, onların dedikləri Quran ayəsidir. 

Bu dəqiqə hamı müğənni olmaq istəyir. Niyə? Çünki efirlərdə görürlər ki, bu insanlar lüks yaşayır, kef edirlər. Pandemiya vaxtı yalandan “ağlayırdılar”. Amma onların heç birinə inanmıram, onları göz yaşları da timsah göz yaşlarıdır. Efirdə ağlayırlar, bir az vaxt keçdikdən sonra 180 dərəcə dəyişirlər, hırıldamağa başlayırlar”. 

Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov isə qeyd edib ki, yaxşı həkimlərin bu tip reklamlara ehtiyacı yoxdur və onlar efirlərə çıxmırlar: 

“Əlbəttə, yaxşı həkimin heç nəyə, xüsusən də bu tip reklamlara ehtiyacı yoxdur. Bir dəfə görmüsünüzmü balığın kürüsünü reklam etsinlər? Amma ən bahalı qidalardan biri məhz kürüdür. Bu müqayisə ilə də məsələ bitmiş sayılır. 

Həmin reklamlarda yaşlı nəsildən həkimləri görə bilməzsiniz, çünki savadlı adam heç vaxt pul verib özünü reklam etdirməz. Savadı, təcrübəsi olan şəxs heç vaxt bu yola əl atmaz”. 




Paylaş:


Müəllif : Tarix:
20-06-2024, 14:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər