reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Nikah olmadan kəbin kəsənlər cəzalandırılmalıdır”

reklam

“Nikah olmadan kəbin kəsənlər cəzalandırılmalıdır”

















“Qohum evlilikləri ilə bağlı qanuna edilən dəyişikliyin cəmiyyətdə insan hüquq və azadlıqları ilə əlaqələndirildiyini görürük. Lakin hesab edirəm ki, sağlam nəslin yetişməsi üçün bu addımın atılması lazımdır”. 

Bunu deputat Ceyhun Məmmədov Ailə, qadın və uşaq məsələləri komitəsi, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birlikdə  “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda Milli Məclisdə keçirilən ictimai dinləmədə deyib.

O, erkən evliliklər barədə danışarkən boşanmaların artmasına diqqət çəkib və bildirib ki, bunun səbəblərindən biri də erkən nikahlardır. 

Deputat deyib ki, rəsmi nikah olmadan dini kəbin kəsilməsini həyata keçirənlərlə bağlı da cəza mexanizmi olmalıdır: “Çünki rəsmi nikah olmadığından tərəflər ciddi məsuliyyət daşımır. Bir müddət sonra boşanma baş verir və bu da ciddi narahatlıq doğurur.  

Qafqaz Müsəlmanları İdarəsinin də tövsiyəsi var idi ki, rəsmi nikah olmadan dini kəbin kəsilməsin. Bu, sadəcə tövsiyə şəklindədir. Ona görə də hesab edirəm ki, bununla bağlı ciddi cəzalandırma mexanizmi olmalıdır. Azərbaycanda özünün din xadimi olduğunu deyən on minlərlə adam var ki, onlar arasında dini savadı və kəbin kəsmək üçün icazəsi olanların sayı bundan dəfələrlə azdır”.




Paylaş:


Müəllif : Tarix:
20-06-2024, 16:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər