reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Növbəti çağırışın deputatları gərək bu haqda düşünsünlər”

reklam

“Növbəti çağırışın deputatları gərək bu haqda düşünsünlər”

















“Təxminən 10 il bundan qabaq nikaha girənlərin icbari müayinəsini qanunvericiliyə salanda da təzadlı fikirlərlə rastlaşırdıq”.

Bunu deputat Əhliman Əmiraslanov Milli Məclisin bu gün keçirilən iclasında deyib. 

Deputat bildirib ki, hər il nikaha girmək istəyən yüzlərlə insan arasında təhlükəli xəstəliklər aşkar edilir: “Hansı ki, onlar nikaha girsəydi, dünyaya gələn uşaqlar xəstə doğulacaqdı. Qohum nikahlarından isə dünyaya gələn uşaqlar arasında xəstəliyə tutulma ehtimalı 2-3, bəzən 4 dəfə artıqdır. Bu, ÜST-ün statistikasıdır. Dünyada olan qüsurlu insanların 40,5 %-i qohum nikahlarından dünyaya gəlmiş insanlardır”.

Ə.Əmiraslanov qeyd edib ki, bu qanun layihəsi son dərəcə vacibdir: “Qanun qəbul edildikdən sonra insanlar arasında maarifləndirmə işlərinə böyük ehtiyac var. Biz səhiyyə komitəsi olaraq hər gün faciələrlə rastlaşırıq. Qohum nikahlarından doğulan uşaqlarda ən çox rast gəlinən irsi xəstəliklərdir, irsi qan xəstəlikləridir. Bu, ailənin faciəsidir. Bu insanlar nikaha girərkən tibbi müayinədən keçməyiblər. Belə qanun layihəsi bizə çoxdan lazım idi. Hələ o dövrdə nikaha girənlərin icbari sığortasını qanuna daxil edəndə də biz qohum nikahları məsələsini də müzakirə etdik və bunun əleyhinə çıxan millət vəkilləri var idi. Bu müddət ərzində görün nə qədər xəstə uşaqlar dünyaya gəldi, nə qədər ailələrin faciəsinə səbəb oldular. Bundan əlavə, erkən yaşda nikaha girən xanımların reproduktiv orqanlarında bədxassəli şişlər 7-8 dəfədən çoxdur”.

Spiker Sahibə Qafarova isə qeyd edib ki, bu məsələlərlə bağlı dinləmələri regionlarda keçirmək lazımdır: “Düzdür, 6-cı çağırışın sonudur, amma növbəti çağırışın deputatları bu cür dinləmələri regionlarda keçirməlidir. Hər bir region deputatlarla təmsil olunur. Cəmiyyəti maarifləndirmək lazımdır. Gələcəkdə də növbəti çağırışın deputatları gərək bu haqda düşünsünlər”.




Paylaş:


Müəllif : Tarix:
21-06-2024, 14:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər