reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rusiyaya qarşı 14-cü sanksiyalar paketi təsdiqləndi - Detallar

reklam

Rusiyaya qarşı 14-cü sanksiyalar paketi təsdiqləndi - Detallar

















Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı 14-cü sanksiyalar paketini təsdiqləyib.

Bu barədə iyunun 24-də Aİ Şurasının iclasından sonra məlum olub.

Paketə Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) Avropa limanlarından tranzitinə məhdudiyyətlər daxildir. Eyni vaxtda Rusiyanın 116 fiziki və hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edilib.

Bundan əvvəl, iyunun 20-də Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen yeni sanksiyaların “sərt” olacağını və enerji, texnologiya və bank xidmətlərinə təsir edəcəyini bildirmişdi. Həmçinin məhdudiyyətlər tanker donanmasına və Rusiyanın əvvəllər Aİ və ABŞ-nin tətbiq etdiyi sanksiya paketlərini ləğv etmək üçün gördüyü bank tədbirlərinə qarşı yönəldiləcək.

“EUobserver” portalı 11-i Rusiyada qeydiyyatdan keçmiş 27 yük gəmisinə məhdudiyyətlərin tətbiq ediləcəyini bildirib.




Paylaş:


Müəllif : Tarix:
24-06-2024, 11:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər