reklam
Regionxeberlericom.az » Cəmiyyət » Kəlbəcər və Laçındakı stansiyalara karbon sertifikatlarının alınması davam edir - Video

reklam

Kəlbəcər və Laçındakı stansiyalara karbon sertifikatlarının alınması davam edir - Video

















Kəlbəcər rayonunda yerləşən “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Qamışlı” və “Meydan”, eləcə də Laçın rayonunda yerləşən “Mirik” və “Qarıqışlaq” kiçik su elektrik stansiyaları üçün karbon sertifikatlarının alınması və bununla karbon kreditləri üzrə könüllü bazarda iştirakın təmin edilməsi məqsədilə “Azərenerji” ASC və “SOCAR Trading” əməkdaşlığı çərçivəsində Qətərdə yerləşən “Global Carbon Council” və İsveçrədə yerləşən “Gold Standard” qurumlarına müraciət edilib.

Yuxarıda qeyd edilən qurumlar tərəfindən yeddi kiçik su elektrik stansiyası üzrə sənədlərə ilkin baxış keçirilib və qeydiyyat proseduru çərçivəsində sahə auditi təyin olunub. Sahə auditi mərhələsinin icrası məqsədilə audit şirkəti cəlb edilib. Bu mərhələ 10 iyun 2024-cü il tarixindən başlayaraq, üç gün ərzində Azərbaycanda səfərdə olan ekspert tərəfindən həyata keçirilib.

Qeydiyyat proseduru davam edən yeddi kiçik su elektrik stansiyasının fəaliyyəti nəticəsində il ərzində 45 – 50 min ton karbon dioksid qazının atmosferə atılmasının qarşısının alınması nəzərdə tutulub.

Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə həyata keçiriləcək bu layihə Azərbaycandan karbon kreditləri üzrə könüllü bazarda iştirak üçün müraciət edilən ilk layihələrdəndir. 

 




Paylaş:


Müəllif : Tarix:
24-06-2024, 12:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər