“Müxalifət buna sevinməlidir”
“Ordu ölkənin dayağıdır, ölkənin möhkəmlənməsinə, onun qorunmasına xidmət edən ən güclü qrupdur”.
Bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Deputatın sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü təmin ediləndən sonra başda Ali Baş Komandan olmaqla ən böyük təbrik ordumuza düşür.
S.Novruzov təhlükəsizlik məsələsinə də toxunub: “Ölkələrin təhlükəsizlik məsələsi əsasdır. Biz dini, etnik şəkildə qonşu ölkələrdə daxili çaxnaşmaların şahidi oluruq. Bu, böyük ölkələrin oyunudur. Daxildən parçalamaq və zəiflətmək niyyəti daşıyır. İndi yeni dövr yaşanır. Yeni texnologiyalar tətbiq edilir. Böyük dövlətlərdə yeni texnologiyalar tətbiq olunur və bizə göndərilir. Büdcədən təhlükəsizlik səbəbi ilə ayırdığımız vəsaitlər də tam cəlb olunmalıdır. İndi taktikaları da dəyişmək lazımdır, yeni təlimlər keçirilməli, avadanlıqlar alınmalıdır”.
Deputat qeyd edib ki, müxalifət parlament seçkilərinin vaxtından qabaq olmasına sevinməlidir: “6-cı çağırış fəaliyyətə başlayandan deyirdilər, mitinq keçirirdilər ki, növbədənkənar parlament seçkiləri keçirilməlidir. Amma seçki ilə bağlı məsələ ortaya çıxandan tam əks fikir nümayiş etdirirlər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-06-2024, 11:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər