Əhmədin xalası hüquqi varis olmaq istəyir - Yenilənib
İkisi azyaşlı olmaqla, ailəsinin beş üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəməsi başlayır.
İlin ən dəhşətli cinayəti Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılır.
İş üzrə hazırlıq iclası keçirilir, yəni işə mahiyyəti üzrə baxılmır. Məhkəmə Əhmədin anket məlumatları ilə tanış olur, ilkin dinləmələr keçirilir.
İclas bir qədər sonra başlayacaq.
***
Əhməd Əhmədovun məhkəməsi başlayıb.
İclasda müttəhim Əhməd Əhmədov və digər proses iştirakçıları məhkəmə zalında hazır olublar.
Hakim Səbinə Məmmədzadə Əhmədin şəxsi məlumatlarını elan edib. Əhməd məhkəmə qərarı ilə anlaqsız hesab edildiyindən icra hakimiyyətindən ona qanuni nümayəndə təyin edilib. Hazırkı mərhələdə tərəflər tərəfindən heç bir vəsatət qaldırılmayıb.
***
Əhməd Əhmədovun xalası məhkəmədə yüksək səslə etiraz edib.
O, hüquqi varis qismində tanınmamasından narazıdır. Hakim xanımı zaldan çıxarıb, prosesə bir neçə dəqiqəlik fasilə verilib. Fasilədən sonra tərəflərin razılığı ilə iş baxışa təyin edilib.
İlk baxış iclası iyulun 4-ü keçiriləcək.
Qeyd edək ki, Ə.Əhmədov valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur. Ekspert rəyləri ilə onun hadisə törədərkən anlaqsız vəziyyətdə olduğu təsdiq edilib.
Prokuror Əhməd barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün məhkəməyə qərar göndərib. Məhkəmə də eyni qənaətə gələrsə, Əhməd cinayət məsuliyyətindən azad ediləcək, məcburi müalicəyə göndəriləcək.
Xəbər verdiyimiz kimi, ikisi azyaşlı olmaqla, ailəsinin beş üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəməsi keçirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-06-2024, 12:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər