Konstitusiya Məhkəməsi toplanır: Milli Məclislə bağlı qərar veriləcək
Konstitusiya Məhkəməsinin Plenumu bu gün növbədənkənar seçkilərlə bağlı Prezident sorğusuna baxacaq.
Milli Məclis iyunun 21-də növbədənkənar parlament seçkilərinin təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət edib.
Müraciətdə bildirilib ki, son illər Qarabağda əldə edilmiş tarixi qələbələr, ictimai-siyasi həyatın, dövlət idarəçiliyinin bütün sahələrində həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycan Respublikası yeni inkişaf mərhələsinə qədəm qoyub.
Deputatlar sadalanan məsələləri, eyni zamanda 2024-cü ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsini nəzərə alaraq, parlament seçkilərinin vaxtının önə çəkilməsini xahiş ediblər.
“COP29-a hazırlıq işlərinin görülməsi və həmin tədbirin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və digər sahələrdə müəyyən məhdudiyyətlərin tətbiq olunması qaçılmazdır. Bu baxımdan Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük əhəmiyyət kəsb edən parlament seçkilərinin demokratik prinsiplərə uyğun olaraq şəffaflığı və rəqabətliliyi təmin etməklə yüksək səviyyədə təşkil olunması, habelə vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə və seçkilərdə maneəsiz iştirakının, səsvermədə öz iradəsini azad və sərbəst ifadə etməsinin təmin olunması dövlətin əsas vəzifələrindən biridir”, - müraciətdə vurğulanıb. Klinikalar
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə iyunun 24-də bəyan edib ki, Konstitusiya Məhkəməsinin Plenumu iyunun 27-də saat 10:00-a növbədənkənar seçkilərlə bağlı Prezident sorğusuna baxacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti hazırkı parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinə dair Milli Məclisin 21 iyun tarixli müraciətini hələ cavablandırmayıb.
Hazırkı parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsinə dair dövlət başçısının sorğusunun ictimiayyətə məhkəmənin qərarından sonra açıqlanması gözlənilir.
Xatırladaq ki, 26 sentyabr 2016-cı ildə keçirilmiş referendumla Prezidentə Milli Məclisi buraxmaq səlahiyyəti verilib. Həmin referendumda Konstitusiyaya edilmiş dəyişikliyə görə, növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-06-2024, 10:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər