reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Türkiyə ilə birgə istehsal etdiyimiz silahlar ixrac ediləcək” - Hərbi ekspert

reklam

“Türkiyə ilə birgə istehsal etdiyimiz silahlar ixrac ediləcək” - Hərbi ekspert

















“Silahlı Qüvvələrimizin qəhrəmanlığı nəticəsində 44 günlük müharibədə əldə etdiyimiz qələbə Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə yazılıb. Bu Zəfər hər il qeyd olunur. Onun memarı Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev, icraçısı isə qəhrəman Azərbaycan əsgəridir. Məhz silahlı qüvvələrimizin bu möhtəşəm qələbəsi nəticəsində 30 illik işğaldan sonra Ermənistan diz üstdə çökdürüldüş Bu qələbə bizi uzun onilliklər boyu həsrətini çəkdiyimiz doğma yurd yerlərimizə qovuşdurdu”.















Bunu BakuPost.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Silahlı Qüvələr günü haqda danışarkən deyib.

O, çətin ərazi və iqlim şəraitində Azərbaycan Ordusu tərəfindən düşmənin otuz illik müdafiə sədlərinin bir neçə saat içində darmadağın edildiyini bildirib:

“Azərbaycan Ordusunun hərbçiləri cəmisi 44 gün ərzində tarix boyu unutmayacağımız qəhrəmanlıq nümunələri göstərdilər. Bir çox ərazilərimizin azad olunmasında silahlı qüvvələrimizin göstərdiyi şücaət dünya hərbi elminin araşdırma mərkəzləri tərəfindən öyrənilməkdədir. Bir çox xarici hərbi mütəxəssislər ordumuzun Hadrutda, Şuşada, Cəbrayılda, Füzulidə göstərdiyi yüksək döyüş potensialının sirrini bu gün də tam aça bilmirlər”.

Hərbi ekspertin sözlərinə görə, sərhəd toqquşması və antiterror əməliyyatlarında Azərbaycan bir daha beşinci nəsil müharibəni apara bilən Silahlı Qüvvələrə malik olduğunu dünyaya nümayiş etdirib:

“Vətən müharibəsində möhtəşəm qələbə çalan Azərbaycan Silahlı Qüvvələrinin türk ordu modelinə keçidi kifayət qədər ugurla davam edir. Azərbaycan müharibədən sonrakı dövrdə də ordu quruculuğu, ordunun təminat və təchizatı üçün çox mühüm addımlar atır. Bu gün Azərbaycan Ordusu Türkiyədə istehsal olunan istənilən vasitələri istənilən miqdarda əldə etmək imkanları qazanıb. Digər tərəfdən isə hərbi-texniki sahədə əməkdaşlıq həm Türk Dövlətləri Təşkilatının üzvləri ilə, həm də digər müttəfiq dost ölkələrlə uğurla davam etdirilir”.

Ə.Verdiyev Azərbaycan Ordusunun müharibədən sonrakı illərdə reytinqinin daha da yaxşılaşdırdığını bildirib:

“Ermənistan ilə güc balansında kifayət qədər irəlidə olan Azərbaycan bu gün dünyanın ilk əlliliyə daxil olan güclü bir ordusuna malikdir. Azərbaycan Silahlı Qüvvələrinin təminat və təchizatında Müdafiə Sənayesi Nazirliyinin də böyük rolu var. Hazırda Azərbaycanda beşinci nəsil tank qırıcısı üçün ehtiyat hissələri istehsal olunur. Azərbaycan Türkiyə və digər müttəfiqlərlə müəssisələrin yaradılması, hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlu addımlar atır. Bu il Bakıda keçiriləcək “ADEX” sərgisində biz Azərbaycan-Türkiyə birgə müəssisələrində istehsal olunan bəzi məhsulları da görə biləcəyik. Yaxın üç ildə isə Azərbaycan və Türkiyənin birgə istehsal etdiyi məhsullar artıq ixrac olunacaq. İstənilən halda Ali Baş Komandan İlham Əliyev üçün Azərbaycan Silahlı Qüvvələrinin təminatı, təchizatı, onların ən müasir silah və texnikalarla təchiz olunması daim prioritet olaraq qalır və gələcəkdə də bu prioritet dəyişməyəcək. Azərbaycan regional gücdən qlobal gücə çevrilmək istiqamətində addımlarını uğurla davam etdirir. Silahlı Qüvvələrimizin döyüş potensialının artırılması üçün hərbi büdcə mütəmadi olaraq artırılır, zəruri olan bütün vasitə, avadanlıq, texnikanın ən yaxşı nümunləri Azərbaycan əsgərinin istifadəsinə verilir və bu gələcəkdə revanşist qüvvələrin ölkəmizə qarşı baş qaldırmaması üçün çox vacib məsələlərdən biridir. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Ali Baş Komandanımızın istənilən əmrini, istənilən anda yerinə yetirməyə tam hazırdır”.


 




Paylaş:


Müəllif : Tarix:
27-06-2024, 10:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər