reklam
Regionxeberlericom.az » Cəmiyyət » Zəlzələ ilə bağlı son dəqiqə açıqlaması: TƏKRARLANACAQ?

reklam

Zəlzələ ilə bağlı son dəqiqə açıqlaması: TƏKRARLANACAQ?
















Bu gün baş verən zəlzələnin dərinliyi 18 kilometr olub, elə də qorxulu deyil. 

Bunu Report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. 

Onun sözlərinə görə, zəlzələnin maqnitudası 5 bal olub, elə episentrdə - Lerikdə də 5 bala qədər hiss olunub: 

"Zəlzələ cənub zonasında olan bütün rayonlarda hiss olunub. Əsas güclü təkan olub artıq. Afterşoklar olur. Enerji boşalmaları gedir, amma əhali onu hiss etmir. Müqayisə etsək, rayonlarda sellər, dolular daha çox fəsadlar törədir. Əhali təşvişə düşməsin. Qorxulu nəsə yoxdur".

Q.Yetirmişli əlavə edib ki, Azərbaycan seysmik ərazidir:  Həkim tap

"Kimsə desə, zəlzələ olmayacaq, yalan söhbətdir. Zəlzələ həmişə var. Qaldı ki proqnoz verənlərə, əhali nağıllara inanmasın". 

Qeyd edək ki, iyunun 28-də saat 07:43 -də Lerik stansiyasından 27 kilometr şərqdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss edilib, – məlumatda qeyd olunub. 





Paylaş:


Müəllif : Tarix:
28-06-2024, 10:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər