reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda bu cərimə azaldılır

reklam

Azərbaycanda bu cərimə azaldılır
















Azərbaycanda sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə cərimələr azaldılır. 

Məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb. 

Qanun layihəsinə əsasən, həmin xətaya görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. 

Hazırda isə bu xətaya görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. 

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.




Paylaş:


Müəllif : Tarix:
28-06-2024, 12:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər