Bakı-Naxçıvan aviareysinin qiyməti dəyişmədi
Hava nəqliyyatı ilə Bakı-Naxçıvan / Naxçıvan-Bakı sərnişindaşıma xidmətlərinin yüksək həddi tənzimlənib.
Bu barədə məlumat Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarında yer alıb.
Qərara əsasən, Bakı-Naxçıvan/Naxçıvan-Bakı təyyarə biletlərinin qiymətinin yuxarı həddi 70 manat müəyyən edilib.
Həmçinin, Bakı-Füzuli/Füzuli-Bakı və Bakı-Zəngilan / Zəngilan-Bakı ölkədaxili sərnişindaşıma xidmətlərinin yeni tarifləri də yenilənib. Belə ki, Bakı-Füzuli /Füzuli-Bakı -78 manat və Bakı-Zəngilan / Zəngilan-Bakı -83 manat olub.
***
AZAL-dan bildirilib ki, Bakı-Naxçıvan-Bakı marşrutunun sosial aspektləri nəzərə alınaraq, bu marşrut üzrə aviabiletlərin tarifi Azərbaycan vətəndaşları üçün dəyişməz qalıb, xarici vətəndaşlar üçün isə kommersiya şərtlərinə uyğun olaraq müəyyənləşdiriləcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-06-2024, 22:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər