Kamil Zeynallıdan sensasion seçki açıqlaması: “İllərdir kreslosunu vermək istəməyənlər...”
Sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.
Bu barədə iyunun 28-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
Namizəd olmağı düşünənlər artıq bu barədə sosial şəbəkələrdə tez-tez paylaşımlar edərək gündəmə gəlirlər. Sosial şəbəkə istifadəçiləri də namizədlər siyahısında görmək istədikləri tanınmışların adını çəkir. Onların arasında ən çox səsləndirilən isə tanınmış idmançı Kamil Zeynallıdır.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan idmançı deputatlıq niyətinin olmadığını bildirib:
“Parlament seçkiləri ilə bağlı yazılanları, namizəd olmaq istəyənləri mən də izləyirəm. Hər kəsə uğurlar arzulayıram!
Mənimsə namizəd olmaq kimi bir fikrim yoxdur. Mən idmanla məşğul oluram, məşqlərə davam edirəm, özümə vaxt ayırıb istirahət edirəm. Namizəd olanlara bir daha uğurlar arzu edirəm, inşallah, yolları açıq, şansları da bol olsun!
İdmançı gənc nəslin deputat seçilməsinin tərəfdarı olduğunu bildirib. K.Zeynallı hər bir gəncləşmə siyasətini dəstəklədiyini qeyd edib:
“Ümid edirəm ki, cənab Prezidentin gəncləşmə siyasəti öz tövhəsini verəcək. Necə ki, nazirlərimiz, digər gənc məmurlarımızın bugünkü yerlərə gəlib çıxmasını görəndə adam sevinir, bu tendensiyanı digər sahələrdə də görəcəyimizi ümid edirəm. Gənc nəsil mütləqdir, illərdir kreslosunu vermək istəməyənlər artıq yavaş-yavaş siyasətdən və kreslodan uzaqlaşdırılır, bu da sevindirici haldır. Yeni fikir, yeni nəsil, yeni mövzular hər zaman daha maraqlı olur. Bu həm millətimiz, həm də dövlətimiz üçün müsbət addımdır. Ümid edirəm, xalq olaraq bunun xeyrini görərik”.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-07-2024, 11:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər