reklam
Regionxeberlericom.az » Cəmiyyət » Prezident Ermənistanla sülh müqaviləsinin şərtini açıqladı

reklam

Prezident Ermənistanla sülh müqaviləsinin şərtini açıqladı

















“Hesab edirik ki, danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəliləyirik”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbulu zamanı deyib.

“Zənnimcə sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”, - dövlət başçısı vurğulayıb.

Prezident qeyd edib ki, bu, onların konstitusiyaya dəyişiklik edəcəkləri təqdirdə baş tutacaq.




Paylaş:


Müəllif : Tarix:
1-07-2024, 18:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər