reklam
Regionxeberlericom.az » Cəmiyyət » YAP seçkiyə görə toplandı

reklam

YAP seçkiyə görə toplandı

















Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin bu gün keçiriləcək iclasının gündəliyi məlum olub.

RegionXəbərləricom.az APA-ya istinadən  xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Milli Məclisə 2024-cü ilin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planının təsdiq edilməsi;

2. Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının yaradılması və onun tərkibinin təsdiq edilməsi;

3. Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin təyin olunması;

4. Səsvermə gününədək seçki komissiyasının iclaslarını müşahidə edəcək şəxslərin təyin edilməsi.

***

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbədənkənar parlament seçkiləri ilə bağlı iclası başlayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Məclis buraxılıb, növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.




Paylaş:


Müəllif : Tarix:
3-07-2024, 11:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər