Şəki sakini Ədliyyə Naziri Fərid Əhmədovdan kömək istəyir -ŞİKAYƏT
Şəki rayon Çələbixan qəsəbəsi, ev 42 ünvanında yaşayan Məmmədov Qaçay Mürşüd oğlu mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid Əhmədova müraciət ünvanlayır.
"Cənab Nazir mən dəfələrlə şikayət etsəm də, şikayətim araşdırılmır, mənə, Sizə və digər yuxarı orqanlara saxta cavablar göndərirlər. Onu da bildirim ki, dəfələrlə Şəki Bələdiyyəsində olmuşam, təəssüflər olsun ki, Əşirov İntiqam Rafiq oğlunun ümumiyyətlə işə gəlmədiyini mühafizəçilər bildirmişdir. Onu da bildirim ki, mən 2024-cü ilin iyun ayının 21-də Zaqatala rayonunda vətəşlarla keçirdiyiniz qəbulunuzda olmuşam. Qəbulda olduğum üçün Şəki Ədliyyəsindən 055-485-90-00 nömrəsi ilə mənə zəng edərək saat 15:00-da Şəki şəhər bələdiyyəsində olmağım bildirildi. 03.07.2024-cü il tarixdə həmin saatda mən orada oldum. İntiqam bəy mənə bildirdi ki, mən səni Məşğulluğa göndərmişəm.
Mən 12 may 2023-cü il tarixində İntiqam bəyin göstərişi ilə sosial işə yazılmışam. Bu gün, yəni 03.07.2024-cü il tarixdə ədliyyənin işçisinin yanında mənə bildirdilər ki, səni işlə təmin etmək nə bələdiyyənin, nə də Ədliyyə Nazirliyinin səlahiyyətində deyil. Təəssüflər olsun ki, orda bildirdim ki, İntiqam bəy siz 4 idarənin rəhbərisiniz. Həm bələdiyyənin 1-ci müavini, yaşıllaşdırma idarəsinin, işıqlandırma, komunal təsərrüfat idarəsinin rəisisiz. O, mənə bildirdi ki, mən heç bir idarənin müdiri deyiləm, yalnız bələdiyyənin müaviniyəm.
Cənab Nazir!
Biz də Azərbaycan vətəndaşıyıq. Bizim də hüquqlarımız var ki, hər hansı işdə işləyək və ailəmizi, uşaqlarımızı dolandıraq. Əgər bu işdə heç bir köməklik edə bilmirsinizsə, bizi hər hansı xarici dövlətə gödərəsiniz.
Mən 12 may 2023-cü il tarixdə İntiqam bəyin qəbulunda olanda mənə söz vermişdir ki, səni işlə təmin edəcəyəm. Təəssüflər olsun ki, dediyi sözə əməl etmədi və məni, yuxarı dövlət qulluqçularını aldatdı. Özü 4 idarənin rəhbəri olduğuna görə bir daha xahiş edirəm ki, mənim ailə vəziyyətim olduqca ağır olduğu üçün, qeyd olunan 4 idarədən hər hansı birində işlə təmin olunmağıma köməklik göstərəsiniz. İntiqam Əşirov barəsində ciddi tədbir görməyinizi, işə məsuliyyətli yanaşması üçün aidiyyəti şəxslərə göstəriş verməyinizi xahiş edirəm."
RegionXəbərləricom.az
Paylaş:
Müəllif : Fuad
Tarix:4-07-2024, 12:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər