Gələcəyin qidası: Çində “ətli” düyü yetişdiriləcək
Çin alimləri laboratoriyada “ətli” düyü yetişdiriblər. South China Morning Post xəbər verir ki, yemək laboratoriya şəraitində unikal texnologiyadan istifadə edilməklə hazırlanıb.Tədqiqatçılar müxtəlif düyü sortlarının səthində toyuq və mal əti hüceyrələri yetişdirə biliblər.“Laboratoriyada yetişdirilən toyuq və donuz ətindən hazırlanmış düyü yeməkləri vizual olaraq adi növlərdən fərqlənmir. Lakin bişirildikdən sonra onlar ət və düyü birləşmiş ətri yayırlar”, - layihənin baş alimi Vanq Şouvey deyir.Alimlər bildirirlər ki, yeməyin tərkibində bitki və heyvan zülallarının faydalı komponentləri var. Bundan əlavə, bu yanaşma ənənəvi ət istehsalı ilə müqayisədə daha ekoloji cəhətdən təmiz hesab olunur. Məsələn, belə çəltik yetişdirmək çox az torpaq, su və enerji resursları tələb edir. İstixana qazı emissiyaları da azalır.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-07-2024, 14:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər