Bayden qubernatorlarla qapalı görüş keçirdi – Prezident tibbi müayinədən keçib, amma...
ABŞ Prezidenti Co Bayden Ağ Evdə demokrat qubernatorlarla qapalı görüş zamanı respublikaçı prezidentliyə namizəd Donald Trampla teledebatda uğursuz çıxışından sonra tibbi müayinədən keçdiyini bildirib.
Bu barədə “Politico” jurnalı məlumat yayıb.
Nəşrin həmsöhbətləri bildiriblər ki, görüş zamanı Prezidentin səhhəti və onun siyasi həyat qabiliyyəti ilə bağlı artan narahatlıqlar müzakirə olunub. Qubernatorlardan biri Baydendən özünü necə hiss etdiyini soruşub. Prezident son günlər tibbi müayinədən keçdiyini söyləyərək hələ də sağlamlığının yaxşı olduğunu vurğulayıb.
Prezidentin qrafiki ilə tanış olan mənbə “Politico”-ya bildirib edib ki, Ağ Ev həkimi Baydeni soyuqdəymə əlamətlərinə görə yalnız qısa müddətli müayinə edib. Nəşrin mənbələri iddia edirlər ki, bu müayinəyə heç bir ciddi test daxil olmayıb.
Co Bayden debatdakı zəif performansını beynəlxalq uçuşlar səbəbindən yorğunluqla əlaqələndirib. Eyni zamanda ABŞ Prezidenti etiraf edib ki, bu, ona qətiyyən haqq qazandırmır.
81 yaşlı Baydenin iyunun 27-də keçirilən ilk prezidentlik debatındakı çıxışı bir çox demokratların narahatlığına səbəb olub. Baydenin fikrini tamamlaya bilmədiyi, bəzən söz tapmaqda çətinlik çəkdiyi, cavablarında çaşqınlıq yaşadığı qeyd edilib. Onun davranışından sonra “The New York Times” qəzeti redaksiya məqaləsi dərc edərək Baydenə seçki yarışından çəkilməyi tövsiyə edib.
Bir sıra KİV-lər adları çəkilməyən demokrat nümayəndələrə istinadən bildirirlər ki, Demokratlar Partiyası praymerizdə qalib gələn Baydenin yerinə başqa prezidentliyə namizədin irəli sürülməsinin lazım olub-olmaması ilə bağlı müzakirələrə başlaya bilər. ABŞ-nin yaxın tarixində belə presedentlər olmayıb.
Debatdan sonra Prezidentin qərargahı onun seçki yarışından geri çəkilməyəcəyini vurğuladı. Baydenin özü tərəfdarlarına müraciət edərək, artıq gənc olmadığını, əvvəlki kimi ardıcıl danışmadığını başa düşdüyünü, lakin ABŞ Prezidentinin işini necə edəcəyini bildiyini söylədi və seçkilərdə qalib gəlmək niyyətində olduğunu açıqladı.
Baydenin qarşıdan gələn ictimai çıxışları iyulun 5-də “ABC News”-a müsahibəsi və Viskonsin və Pensilvaniya ştatlarındakı kampaniya tədbirləridir.
“AzPolitika.info”
Paylaş:
Müəllif : Fuad
Tarix:4-07-2024, 16:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər