reklam
Regionxeberlericom.az » Cəmiyyət » Naxçıvan AIi Məclisində nöqsanlar aşkarlandı

reklam

Naxçıvan AIi Məclisində nöqsanlar aşkarlandı
















Azərbaycan Hesablama Palatasının 2024-cü il üzrə İş planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası AIi Məclisi tərəfindən dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktlara uyğunluğuna dair audit aparılıb.

Palata xəbər verir ki, audit 2023-cü ili əhatə edib. 2023-cü il üçün Ali Məclisi üzrə 6,3 mln. manat proqnozlaşdırılıb və  4,3 mln. manat xərc icra edilib.  

Audit zamanı əsasən aşağıdakılar müəyyən edilib:

Ali Məclisin saxlanılması üçün ayrılmış vəsaitlərdən smetası rəsmiləşdirilməyən tədbirlərə, funksional fəaliyyətlə birbaşa əlaqəsi olmayan və xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə 78,9 min manat artıq vəsait xərc olunub.

Ali Məclisin əməkdaşlarına artıq və qanunvericiliyin tələblərinə uyğun olmayan 79,2 min manat əmək haqqı, əlavə və mükafatlar ödənilmiş və buna uyğun sığorta haqqı xərcləri hesablanıb.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 19-cu maddəsinin 4-cü bəndinin tələbləri gözlənilmədən ödənişli fəaliyyətlə məşğul olduqları halda 35 deputatın statusu saxlanılıb və həmin şəxslərə 2023-cü ildə hesablanmış əmək haqqı xərcləri 312,2 min manat təşkil edib.

2023-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin saxlanılması üzrə vahid büdcə təsnifatının tələbinə əməl edilməyərək ümumillikdə 32,4 min manat və satınalma keçirilmədən isə 69,3 min manat xərc edilib.

Ali Məclisin aparatı üzrə satınalma prosedurları həyata keçirilmədən, tələbatı əsaslandırılmayan və müvafiq qaydada rəsmiləşdirilməyən, tarixi, mədəniyyəti təcəssüm etdirməyən və xatirə xarakteri daşımayan hədiyyələrin və s. alınmasına 5,2 min manat vəsait birbaşa xərc edilib.

Audit zamanı müəyyən edilib ki, təşkilatın xəzinə hesabından əlavə  Naxçıvanın İnkişafı və Müdafiə Fonduna məxsus 31,5 mln. manat vəsait bank hesabında qalıq olaraq saxlanılıb.

Hesablama Palatasının Kollegiyası tərəfindən əsassız xərclənmiş vəsaitlərin büdcəyə bərpası, xərclərin düzgün rəsmiləşdirilməsi və qanunvericiliyin tələblərinə, eləcə də dövlət əmlakının təyinatına uyğun istifadəsi üzərində nəzarətin gücləndirilməsi barədə qərar verilib.





Paylaş:


Müəllif : Tarix:
5-07-2024, 10:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər