reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Security Operation Services”in rəisi ilə bağlı İLGİNC İDDİA - BU NƏDİ BELƏ?

reklam

“Security Operation Services”in rəisi ilə bağlı İLGİNC İDDİA - BU NƏDİ BELƏ?














Sosial şəbəkələrdə SOCAR-ın mühafizəsini həyata keçirən “Security Operation Services”in rəisi Anar Məmmədov tabeliyində çalışan işçilərdən pul yığması barədə məlumat yayılıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, SOS Uşaq Kəndləri üçün Anar Məmmədov tabeliyində işləyənlərdən pul yığır.

Facebook sosial şəbəkəsində “sos xeber” səhifəsində qeyd olunur ki, Anar Məmmədov komanda rəislərində 70 manat, rəis müavinlərində 50 manat, növbə rəislərindən 30 manat,mühafizəçilərdən 20 manat miqdarında pul yığır.

Pul yığımınında adını qoyur yaxşılıq etmək, kimsəsiz uşaqlara yardım etmək. Məlumatda qeyd olunur ki, yığılan pullar SOS uşaq kəndinə verilməsi iddia olunur lakin bu barədə heç bir məlumat yoxdur. Qeyd edək ki, məlumata görə yığılan pulları yardım kimi guya onun ailə üzvləri SOS uşaq kəndi cəmiyyətinə verirlər.

XALQ.AZ araşdırmasına görə ianə verilməsi könüllü olmalıdır lakin yayılan məlumata görə “Security Operation Services” rəisi Anar Məmmədov SOCAR çalışan əməkdaşlarından məcburi ianə yığımı həyata keçirir.

Anar Məmmədovla əlaqə yaratmaq cəhdlərimiz alınmadı, SOCAR-dan isə belə bir məlumat olmadıqlarını bildirdilər.





Paylaş:


Müəllif : Tarix:
8-07-2024, 15:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər