Navalnının xanımı axtarışa verildi
Mərhum rusiyalı siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Rusiyada qiyabi həbs edilib.
Qərarı Moskvanın Basmannı məhkəməsi istintaq qurumunun tələbi ilə qəbul edib.
Navalnaya ekstremist icmada iştirakda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1-ci maddəsinin 2-ci hissəsi) ittiham olunur.
Məhkəmədən bildirilib ki, Yuliya Navalnaya Rusiya ərazisinə gələn kimi iki ay müddətinə həbs olunacaq:
“Yuliya Borisovna ibtidai istintaq orqanlarından gizlənib və buna görə də axtarışa verilib”.
O da qeyd olunub ki, iyulun 1-də Fransa Prezidenti Emmanuel Makron Yuliya Navalnaya ilə görüşüb. Onlar arasında “Fransa Rusiya vətəndaş cəmiyyətinə necə kömək edə bilər?” mövzusunda müzakirələr aparılıb.
Qeyd edək ki, ötən həftə Yuliya Navalnaya Qarri Kasparovu əvəzləyərək İnsan Haqları Fondunun rəhbəri olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-07-2024, 21:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər