reklam
Regionxeberlericom.az » Cəmiyyət » MSK-da müşavirə keçirilir - Yenilənib

reklam

MSK-da müşavirə keçirilir - Yenilənib

















Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilir.

Müşavirədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Baş prokurorun birinci müavini Elçin Məmmədov, daxili işlər nazirinin müavini Oqtay Kərimov, ədliyyə nazirinin müavini Abiddin Hüseynov və digər rəsmi şəxslər iştirak edir.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov əlavə edib ki, öncəki Prezident seçkiləri suveren Azərbaycanın bütün ərazilərində keçirildiyinə görə Zəfər seçkisi adlandırılmışdı.

“Parlament seçkiləri də Azərbaycanın bütün ərazilərində keçiriləcək və olduqca vacib prosesdir. 125 seçki dairəsi üzrə 6 400-dən artıq məntəqədə seçkilərin keçirilməsi üçün şərait yaradırıq. Xüsusilə azad olunmuş ərazilərdəki seçkilərdə də vətəndaşlar ilk dəfə səs verəcək.

Azad olunmuş ərazilərdə seçki məntəqələrinin sayı artacaq. Ötən gün orada 8 məntəqə yaratdıq. Bu dəfə azad olunmuş ərazilərdə seçkilər daha geniş şəraitdə keçiriləcək. O bölgədəki seçkilər xüsusidir, onlara xüsusi fikir veririk”, - M.Pənahov vurğulayıb.




Paylaş:


Müəllif : Tarix:
10-07-2024, 11:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər