Seçkiləri bütün qitələrdən nümayəndələr izləyəcək
“Seçkiləri müşahidə etmək üçün Azərbaycana bütün qitələrdən nümayəndə heyətləri gəlir”.
Bunu növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, Azərbaycanda seçkiləri müşahidə etmək üçün 3 qurum dəvət göndərir:
“Bizim geniş coğrafiyada əlaqələrimiz var. Artıq biz təşkilatlara dəvətlər göndəririk”.
M. Pənahov, həmçinin bildirib ki, Prezidentin tapşırığı ilə Azərbaycanda 1000 məntəqədə veb-kameralar quraşdırılıb:
“Dünyanın istənilən yerindən MSK-nın saytında seçkiləri veb-kameralar vasitəsilə izləmək olur və veb-kameralar vasitəsilə seçkiləri müşahidə edənlərin sayı da ildən ilə artır. Bəzi ölkələrdə bu veb-kameralardan seçkini müşahidə etmək üçün icazə alırlar. Amma Azərbaycanda belə deyil”.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-07-2024, 11:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər