reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Daha 6 rayonda 8 daimi seçki məntəqəsi yaradılıb”

reklam

“Daha 6 rayonda 8 daimi seçki məntəqəsi yaradılıb”

















“İndiyə qədər azad edilmiş ərazilərə 1997 ailə köçürülüb. Həmin ərazilərdə ümumilikdə 26 seçki məntəqəsi fəaliyyət göstərəcək”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev MSK-da keçirilən müşavirədə deyib.

O, Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti haqqında danışıb:

“2024-cu ilin sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri bu il baş tutacaq ikinci böyük hadisədir. Əsas məsələ seçki prosesinin qanunvericiliyin bütün tələblərinə cavab verməklə keçirilməsini təmin etməkdir. Parlament seçkiləri ilə bağlı işğaldan azad edilmiş daha 6 rayonda 8 daimi seçki məntəqəsi yaradılıb”.




Paylaş:


Müəllif : Tarix:
10-07-2024, 12:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər