DİN: Qanunsuz aksiyaların qarşısısı alınacaq
Şəhər və rayon polis bölmələrində seçkiyə qədər vətəndaşların siyahısı dəqiqləşdirilir.
RegionXəbərləricom.az apa-ya istinadla xəbər verir ki, bunu daxili işlər nazirinin müavini Oqtay Kərimov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
O bildirib ki, ölən, son vaxtlar ölkədən gedən və ölkəyə gələn vətəndaşların siyahısı da dəqiqləşdirilir:
“Polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Polisin fəaliyyəti ilə bağlı qaldırılan bütün məsələlər dərhal öz həllini tapacaq. Seçkiqabağı təşviqat materiallarının yayılmasına mane olan halların qarşısı alınacaq. Polis orqanlarına daxil olmuş müraciətlərə təxirə salınmadan baxılıb, cavablandırılacaq. Seçki bitəndən sonra bülletenlər və seçki protokolları polisin müşayiəti ilə aparılacaq. Qanunsuz aksiyaların, ictimai asayişin pozulması hallarının qarşısının alınması üçün bütün tədbirlər görüləcək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-07-2024, 12:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər