reklam
Regionxeberlericom.az » Cəmiyyət » Kərəm Mustafayevin adı MN-in saytından da silindi

reklam

Kərəm Mustafayevin adı MN-in saytından da silindi
















Xəbər verdiyimiz kimi, müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib.

Artıq onun adı Müdafiə Nazirliyinin rəsmi saytından çıxarılıb.

Hazırda sözügedən saytda onun tutduğu vəzifə - müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı haqda məlumat tapmaq mümkün deyil. 

Xatırladaq ki, məlumata görə, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov Müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı təyin edilib.

Qeyd edək ki, general Kənan Seyidov  Müdafiə Nazirliyinin Quru Qoşunlarının 5-ci Ordu Korpusunun Komandiri, Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini-Qərargah rəisi vəzifələrində işləyib. Vətən müharibəsindəki iştirakına görə, müxtəlif orden və medallarla o cümlədən, Vətən Müharibəsi Qəhrəmanı fəxri adı ilə təltif edilib.




Paylaş:


Müəllif : Tarix:
11-07-2024, 09:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər