reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bağçada uşağa şiddət göstərən müəllim işdən çıxarıldı

reklam

Bağçada uşağa şiddət göstərən müəllim işdən çıxarıldı

















Sosial şəbəkədə Bakıda tərbiyəçi-müəllimin azyaşlıya şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb.

Hadisənin Sabunçu rayonunda 310 nömrəli uşaq bağçasında lentə alındığı deyilirdi.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb.

Qeyd olunub ki, təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib. 

Həmçinin əmək məcəlləsinin müvafiq maddəsinə əsasən 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib.

Məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür.

Qeyd edək ki, sosial şəbəkələrdə 310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin azyaşlıya şiddət göstərdiyi əks olunan görüntülər yayılıb.




Paylaş:


Müəllif : Tarix:
12-07-2024, 14:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər