reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bakı-Qazax yolunda QƏZA: Doqquz nəfər xəsarət alıb

reklam

Bakı-Qazax yolunda QƏZA: Doqquz nəfər xəsarət alıb


















Hacıqabulda zəncirvari yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, rayonun Qarasu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan yük maşını (TIR) aşaraq iki mikroavtobusa çırpılıb.

Qəza nəticəsində Türkiyə vətəndaşları - 1980-ci il təvəllüdlü Cəmilə Verdiyeva, 2014-cü il təvəllüdlü Ezgisu Saraçoğlu, 1999-cu il təvəllüdlü Süzen Elis, 1995-ci il təvəllüdlü Alparslan Ferhad, Bakı şəhər sakinləri - 2007-ci il təvəllüdlü Həsən Nurəddin oğlu Hüseynov, 1974-cü il təvəllüdlü Mətanət Muradil qızı Hüseynova, Gəncə şəhər sakinləri - 2006-cı il təvəllüdlü Verdiyeva C. Vüqar qızı, 1957-ci il təvəllüdlü Fərəncam Adil qızı Qurbanova və Hüseyn Vüqar oğlu Verdiyev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Türkiyə vətəndaşları xəstəxanaya yerləşdiriliblər. Qalanları ambulator müalicəyə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

17:36

Bakı-Qazax magistralının Hacıqabul rayonu, Qarasu kəndi ərazisindən keçən hissəsində zəncirvari qəza olub.

APA xəbər verir ki, qəza zamanı iki mikroavtobus və yük avtomobili toqquşub.

Qəza nəticəsində doqquz nəfər xəsarət alıb. Onlardan beşi Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib, dörd nəfərə isə yerində ambulator yardım göstərilib.

 




Paylaş:


Müəllif : Tarix:
12-07-2024, 22:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər