reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qazaxda mal bazarında bıçaqlanma

reklam

Qazaxda mal bazarında bıçaqlanma

















Qazax şəhərində bıçaqlanma hadisəsi baş verib.

Hadisə ötən gün saat 06:00 radələrində şəhərin N.Nərimanov küçəsi 1 ünvanında yerləşən “Qazax Mal Bazarı” adlanan heyvan bazarında qeydə alınıb. 

Belə ki,1982-ci il təvəllüdlü Namaz Qədiməliyev şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən bıçaqla 1981-ci il təvəllüdlü Adil Nəbiyevi vuraraq ağır xəsarət yetirib və hadisə yerindən qaçıb. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Namaz Qədiməliyev Ağstafa rayonu Vurğun qəsəbəsində saxlanılaraq istintaqa təhvil verilib. 

Faktla bağlı Qazax RPŞ-nin İB-də CM-nin 126.1 maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.




Paylaş:


Müəllif : Tarix:
15-07-2024, 12:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər