Trampa sui-qəsdə “İran izi” varmı? – Eks-prezidentin təhlükəsizliyi gücləndirilib
ABŞ Məxfi Xidməti İranın planları barədə məlumatların ortaya çıxmasından sonra keçmiş prezident Donald Trampı qorumaq üçün tədbirləri gücləndirib.
CNN xəbər verir ki, bu barədə məsələ ilə tanış olan bir çox adam danışıb.
Son həftələrdə ABŞ rəsmiləri İranın Donald Trampı öldürmək planı barədə məlumat verən şəxsdən kəşfiyyat məlumatı alıb, bundan sonra Məxfi Xidmət eks-prezidentin ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.
Mənbələr qeyd edib ki, ötən Şənbə günü Pensilvaniyada keçmiş prezidentə sui-qəsd cəhdi edən Tomas Metyu Kruksun bu sui-qəsdlə əlaqəsi olduğuna dair heç bir əlamət yoxdur.
Eyni zamanda, mənbələr qeyd ediblər ki, hüquq-mühafizə orqanları aylardır İranın Trampa və onun administrasiyasının keçmiş üzvlərinə sui-qəsd etmək niyyəti barədə məlumat alır, lakin son kəşfiyyat məlumatları belə bir təhlükənin artdığını göstərir.
Səlahiyyətlilərin İranın iddia edilən planları ilə bağlı məlumatı Tramp kampaniyası ilə paylaşıb-paylaşmadığı da aydın deyil. Onun seçki qərargahı məlumatı şərh etməkdən imtina edib.
FTB də bu məsələni müzakirə etməyib.
3 yanvar 2020-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Süleymani Bağdad hava limanı yaxınlığında ABŞ-ın aviazərbəsi nəticəsində öldürülüb. Raket zərbəsi ABŞ-ın o zamankı prezidenti Trampın şəxsi göstərişi ilə həyata keçirilib. Daha sonra İran prezidenti İbrahim Rəisi Trampın Süleymaninin öldürülməsinə görə mühakimə olunmasını istəyib.
2023-cü ilin avqustunda ABŞ Ədliyyə Nazirliyi İran İnqilab Keşikçiləri Korpusunun üzvünü qiyabi olaraq ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltona sui-qəsd planlaşdırmaqda ittiham edib. ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeoya da oxşar təhdidlə bağlı məlumatlar var.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-07-2024, 23:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər