135 saylı marşrut avtobusundakı hadisə araşdırılıb
"17.07.2024-cü tarixində 135 saylı xətt üzrə hərəkət edən “İsuzu Citibus” markalı 10-TH-326 qeydiyyat nişanlı avtobusda kondisioner sistemindəki nasazlıq səbəbindən yaranmış problemlə bağlı sərnişinlə sürücü arasında mübahisə baş verib. Sosial şəbəkələrdə yayılan və mübahisəni əks etdirən görüntülər tərəfimizdən araşdırılıb".
Bu barədə "Xaliq Faiqoğlu" şirkətinin açıqlamasında bildirilib.
Qeyd edilib ki, araşdırma zamanı sərnişinlərdən birinin avtobusun salonunda sürücünün ünvanına nalayiq ifadələr işlətməsi, daha sonra sürücüyə yaxınlaşaraq əl-qol hərəkətləri ilə mübahisəni davam etdirməsi məlum olub: "Avtobusda kondisionerlə bağlı texniki nasazlığın olduğunu bildirən sürücünü təhqir edən sərnişin onun münaqişəni israrla davam etdirib. Özünü ələ ala bilmədiyini deyən sürücü daha sonra bir neçə dəqiqə işə davam edə bilməyib və sərnişinlərin müvəqqəti olaraq nəqliyyat vasitəsini tərk etməsini xahiş edib.
Məsələ ilə bağlı sürücü barəsində daxili təlimatlara uyğun olaraq tədbir görülüb. Sürücü gələcəkdə yarana biləcək bu kimi hallarla bağlı yenidən təlimatlandırılıb. Onun izahatı alınaraq barəsində töhmət elan edilib".
Paylaş:
Müəllif : Fuad
Tarix:18-07-2024, 15:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər