Seçkidə şəxsiyyət vəsiqəsi olmadan səs verə biləcəyik? - Rəsmi AÇIQLAMA
Azərbaycanda dövlət və özəl müəssisələrdə xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin fiziki daşıyıcısını təqdim etmək məcburi olmayacaq. Belə ki, vətəndaş “mygov” tətbiqinə daxil olaraq rəqəmsal şəxsiyyət vəsiqəsi məlumatlarını müxtəlif üsullarla qarşı tərəflə bölüşə biləcək. Vətəndaş eyni zamanda “mygov” tətbiqində şəxsiyyət vəsiqəsi məlumatlarını nə zaman, harada və hansı müəssisəyə təqdim etdiyi ilə bağlı tarixçəylə tanış ola biləcək.
Qarşıdan parlament seçkiləri gəlir. Belə ki, sentyabr ayının 1-də Milli Məclisə növbədənkənar seçkilər keçirilir. Səsvermə zamanı fiziki şəxsiyyət vəsiqəsi olmadan səs vermək mümkün olacaqmı?
Modern.az mövzu ilə bağlı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, yeni qəbul olunmuş qərara görə ölkə səviyyəsində bütün xidmətlərdə fiziki şəxsiyyət vəsiqəsi ilə yanaşı rəqəmsal şəxsiyyət vəsiqəsi də tətbiq oluna bilər:
“Bu özəl qurumlarda və dövlət qurumlarında da həyata keçirilir. Yəni şəxsiyyət vəsiqəsi tələb olunan hər yerdə rəqəmsal şəxsiyyət vəsiqəsi də istifadə edilə bilər. Buna keçiriləcək parlament seçkiləri də daxildir. Vətəndaş fiziki daşıyıcı ilə bərabər şəxsiyyət vəsiqəsini “mygov” üzərindən də təqdim edə bilər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-07-2024, 15:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər