reklam
Regionxeberlericom.az » Cəmiyyət » Tanınmış vəkillər arasında qalmaqal

reklam

Tanınmış vəkillər arasında qalmaqal

















Tanınmış vəkil Ceyun Yusifov həmkarı Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədovu məhkəməyə verib.

Xüsusi ittiham qaydasında verilmiş şikayətə Nərimanov Rayon Məhkəməsində baxılır.

Xüsusi ittihamçı Yusifov iddia edir ki, Adəm Məmmədov onu ağır cinayətdə ittiham edir.

Söhbət Adəm Məmmədovun qardaşı ilə birgə rəhbərlik etdiyi saytda dərc olunan xəbərdən gedir.

Sonradan həmin xəbər bir neçə saytda və sosial şəbəkələrdə yayılıb.

Məlumat üçün deyək ki, iddia C.Yusifovun yaxın qohumuna xəsarət yetirməsi xəbəri ilə bağlı qaldırılıb.

Qarşı tərəf isə həmin məlumatın yalan olduğunu deyir.

Vəkil Yusifov hesab edir ki, peşəkar fəaliyətinə qara yaxmaq üçün ona böhtan atılır.

Ceyhun Yusifov Adəm Məmmədovun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə cəzalandırılmasını tələb edir.

Bu maddələrin sanksiyasında 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bu gün keçirilən ilk iclasda məhkəmə işi araşdırmaq qərarı qəbul edib. Şikayət icraata qəbul edilib. Baxış iclası iyulun 25-nə təyin edilib.

Qeyd edək ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə görə, yalnız barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü olduqda vəkilin vəkillik fəaliyyətinə xitam verilir.





Paylaş:


Müəllif : Tarix:
18-07-2024, 21:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər