reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bu gün imtahan var

reklam

Bu gün imtahan var

















Dövlət İmtahan Mərkəzi (DİM) bu gün GRE imtahanı keçirəcək.

ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı Dövlət İmtahan Mərkəzinin Binəqədi rayonu Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində (TÜRKPA-nın yanı) yerləşən elektron imtahanlar korpusunda təşkil olunacaq.

İmtahanda iştirak edəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

Qeyd edək ki, GRE (Graduate Record Examinations) imtahanı dünyanın bir çox ali təhsil müəssisələrində magistr, MBA, doktorantura təhsilini almaq üçün tələb olunur və təqaüdlərin verilməsi zamanı diqqət yetirilən göstəricilərdən biridir. GRE: ümumi testi 160-dan çox ölkənin 1000-dən artıq test mərkəzində keçirilir.




Paylaş:


Müəllif : Tarix:
19-07-2024, 08:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər