reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Premium Bank”ın aktivləri 37 milyon manatdan çox “əriyib“

reklam

“Premium Bank”ın aktivləri 37 milyon manatdan çox “əriyib“
















“Premium Bank” ASC-nin bu ilin I yarısında aktivlərinin həcmi 647 milyon 308 min manat olub.

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu da, 2023-cü ilin sonu ilə müqayisədə 5,5 %, yaxud da 37 milyon 808 min manat azdır.

2023-cü ilin sonunda bankın aktivlərinin həcmi 685 milyon 116 min manat təşkil edib.

Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 15,1 % azalaraq 473,099 milyon manata, o cümlədən depozit portfeli 24,3 % azalaraq 387,953 milyon manata, balans kapitalı isə 2,9 % azalaraq 174,208 milyon manata düşüb.

“Premium Bank” ASC bu ilin I yarısını 5,673 milyon manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünə nisbətən 11 % çoxdur.

Yanvar-iyun aylarında “Premium Bank”ın gəlirləri 23,944 milyon manat (illik müqayisədə 3,1 % az), xərcləri 18,359 milyon manat (7,7 % az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 87 min manat (70,1 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.




Paylaş:


Müəllif : Tarix:
20-07-2024, 09:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər