Asim Mollazadə, yoxsa İlqar Məmmədov – QƏRAR VERİLDİ
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində gərgin mübarizənin gedəcəyi dairələrin adları məlum olub. Bu sırada 22 saylı Nəsimi-Yasamal seçki dairəsinin adı çəkilir.
Bu dairədə mandat uğrunda mübarizə aparacaq siyasətçilərin bəzilərinin adı artıq məlumdur. 2000-ci ildə sözügedən dairədən deputatlığa namizəd olmuş Asim Mollazadə mandatını heç kimə güzəşt etmək niyyətində deyilir. 70 yaşlı siyasətçinin bütün imkanlarını qələbə üçün səfərbər etdiyi bildirilir.
Həmin dairədən namizədliyini irəli sürməyə hazırlaşan ReAL Partiyasının sədri İlqar Məmmədovun da qələbə əzmi ilə mübarizəyə qoşulduğu deyilir. Hətta bu seçkini İlqar Məmmədov üçün "son şans" olaraq dəyərləndirmələr də var. Onun yaxın ətrafına "bu dəfə də məğlub olsam, siyasətdən gedəcəyəm" dediyi iddia olunur. ReAL sədrinin seçki marafonundan qalib ayrılmaq üçün həm özünün, həm də partiyanın resurslarını səfərbər edəcəyinə şübhə yoxdur.
Qeyd edək ki, YAP 22 saylı Nəsimi seçki dairəsindən partiya fəalı Xalid Hüseynov namizədliyini irəli sürüb. Hakim partiya bu dairədə mandata iddialı olmadığı üçün Hüseynovun şansı aşağı qiymətləndirilir. Müşahidəçilərin fikrincə, adıçəkilən dairədə əsas mübarizə Asim Mollazadə ilə İlqar Məmmədovun arasında gedəcək.
"Yeni Sabah" bu dairədə seçkinin mümkün nəticələrinə dair maraqlı məlumat əldə edib. İqtidar komandasınıın nüfuzlu üzvlərindən biri saytımıza açıqlamasında deyib ki, hakimiyyət həmin dairədə seçkinin nəticələrinə müdaxilə etməməyə qərar verib. Hansı namizəd seçicilərin etimadını qazansa, onun qələbəsi tanınacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-07-2024, 14:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər