Mənim adımdan istifadə edib pul qazanmaq istəyirlər- Əliyev
"Vaxtaşırı rəsmi məlumatlar, Azərbaycanın səlahiyyətli qurumlarının rəsmi məlumatları onu göstərir ki, mənim adımdan fərqli biznes layihələrinin elan olunması haqqında məlumatlar daxil olur və bunların heç birinin nə mənə, nə də Azərbaycana aidiyyəti var”.
Bunu Prezident İlham Əliyev II Şuşa Qlobal Media Forumunda bildirib.
Dövlət başçısı qeyd edib ki, süni intellekt hazırda tamamilə yeni müstəviyə çıxmaqdadır və təəssüf ki, böyük sayda insanlar buna inanır.
“Sən bunun öhdəsindən necə gəlməlisən? Cavab çox çətindir. Çünki kimsə etirazı, təkzibi oxuyacaq, ya oxumayacaq, yaxud da çox gec olacaq. Bu feyki dərhal tapmaq çox çətin olur. Sən bir müddət sonra onu aşkarlayırsan. Həmin müddət ərzində insanlar artıq buna inanır. Bu, müəyyən mənada çox kəskin mahiyyət daşımır. Kimsə bunun üzərindən pul qazanmaq istəyir və mənim adımdan süni intellektdən istifadə edərək elanlar dərc olunur ki, məsələn, buraya pul yatırın, oraya pul yatırın. Lakin bu yolla getsələr fərqli elanlar olacaq: mənim adımdan bəlkə də müharibə elan edərlər və kimsə buna inana bilər və hansısa digər müəyyən tədbirlər həyata keçirə bilər” , - İlham Əliyev vurğulayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-07-2024, 12:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər